"Bu xalqa gün ağlayan yoxdu" - Partiya sədri

img

25-04-2017 [17:40]


Azərbaycanın rayonlarında vəziyyət günü-gündən pisləşməkdədir. Partiyamız hər gün rayonlardakı özbaşnalıqlarla bağlı şikayətlər daxil olmaqdadır.

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə hazırda rayonlarda iş yerləri demək olar ki yox səviyəsindədir:

"Prezident müşavirə keçirib yol xəritəsi təqdim etdi. Hanı bunun nəticələri? Niyə qiymətlər ucuzlaşmır? Rayonlarda iş yerləri yox səviyəsindədir. Amma icra başçıları eyşi işrət içərisindədirlər. Mən dəfələrlə qeyd etmişəm amma təəssüflər olsun ki, icra başçıları öz işlərindən qalırlar. Qiymətlər od tutub yanır, ətin qiyməti 16 manat olub. Kərə yağı 18 manat, kartof 2 manat, hansı birini deyim? Qocalar evi heç bir iş görmür, bütün işləri prezidentin gördüyü işləri sabotaj etməkdir. Bu xalqa gün ağlayan yoxdu. Cənab prezident təkbaşına təbii ki, bunları edə bilməz. Ölkəni talayanlara Ziya Məmmədov nümunə olmalıdır. Qoy onlar görsün ki, bir gün hamısının aqibəti belə olacaq, etdikləri qanunsuzluqlara görə, qanun qarşısında cavab verməli olacaqlar."


Digər xəbərlər
SON XƏBƏRLƏR