Nazirlik sınaq imtahanı keçirir - Nazirlikdən açıqlama

img

25-04-2017 [13:43]


Səhiyyə Nazirliyi sınaq imtahanı keçirir.

Bu barədə nazirlikdən Mia.az-a verilən məlumata görə, Sertifikasiya Komissiyası tərəfindən 21 aprel tarixindən etibarən, bütün ali və orta tibb ixtisasları üzrə sınaq imtahanları keçirilir:

"Sınaq imtahanlarında nümunəvi suallar siyahısına daxil edilməyən yeni test və yeni klinik tapşırıqları istifadə olunacaq.
 
Sınaq imtahanları ödənişli əsaslarla keçirilir. Sınaq imtahanında iştirak üçün əvvəlcədən Sertifikasiya Komissiyasına müraciət edib,  şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək lazımdır. Əlavə məlumat üçün 433-08-93 nömrəli telefonla əlaqə saxlamaq mümkündür".

Digər xəbərlər
SON XƏBƏRLƏR