BMT baş katibi Bəşər Əsədi təbrik edib - Səbəb

img

23-04-2017 [16:35]


BMT baş katibi Antoniu Quterriş Suriyanın müstəqilliyinin 71-ci ildönümü ilə bağlı Suriya prezidenti Bəşər Əsədi və Suriya xalqını təbrik edib.

Bu barədə SANA agentliyi məlumat yayıb.

BMT baş katibi təbrik məktubunda bildirib ki, Suriyanın BMT-nin möhkəmlənməsinə və dünyada sülhün, rifahın və insan hüquqlarının  qorunmasına  töhfə verəcəyinə ümid edir.

Qeyd edək ki, aprelin 17-də Suriyada ölkənin müstəqilliyinin 71-ci ildönümü qeyd edilib. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR