ATƏT əməkdaşları minaya düşdü - 1 nəfər öldü, 1-i yaralandı

img

23-04-2017 [16:04]


Ukraynanın Donbas bölgəsində avtomobilin minaya düşməsi nəticəsində ATƏT əməkdaşı ölüb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ATƏT faktı təsdiqləyib.
 
Məlumatda bildirilir ki, hadisə bu gün Slavyanoserbsk rayonunun Prişib kəndində olub. İki avtomobillə Slavyanoserbsk-Sokolnik marşrutu üzrə hərəkət edən ATƏT əməkdaşlarının avtomobillərindən biri minaya düşüb. Nəticədə ATƏT əməkdaşlarından biri ölüb, biri yaralanıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR