Şriftin ölçüsü / 107 dəfə oxunub

Daha 12 min müəllim imtahan verəcək - Nazirlik tarix və detalı açıqladı

21 Aprel 2017 [17:36]
Bərdə Olimpiya İdman Kompleksində müəllimlərin növbəti diaqnostik qiymətləndirməsi aprelin 25-30-da keçiriləcək.

Bu barədə Mia.az-a Təhsil Nazirliyindən məlumat veirlib.

Bildirilib ki, qiymətləndirmədə 12 minə yaxın müəllim iştirak edəcək. Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.
 
Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər www.dq.edu.az saytına daxil olmaqla "Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər:

"Həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər".


SON XƏBƏRLƏR