Şriftin ölçüsü / 262 dəfə oxunub

Nazirlikdən vağzalın tabeliyindən alınma xəbərinə - Reaksiya

20 Aprel 2017 [23:05]
Bakı Beynəlxalq Avtovağzalının Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən alınaraq, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininə verildiyi barədə yayılan xəbərlərə Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi münasibət bildirib.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin tabeliyində belə bir qurum olmayıb: 

"Bakı Beynəlxalq Avtovağzalı heç bir zaman keçmiş Nəqliyyat Nazirliyinin tabeliyində olmayıb. Buna görə də Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyin də strukturuna və tabeli qurumları sırasına daxil edilməyib”.


SON XƏBƏRLƏR