Şriftin ölçüsü / 79 dəfə oxunub

Cocuq Mərcanlıda 1389 qəlpə aşkar ediblər - ANAMA

20 Aprel 2017 [22:03]
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 20-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1389 qəlpə aşkar ediblər.

Bu barədə ANAMA-dan Mia.az-a verilən məlumata görə, bugünkü yoxlamada mina və partlamamış hərbi sursat aşkar edilməyib:

"Ümumilikdə, 65 min 125 kvadratmetr ərazi – 3031 kvadratmetr əl ilə, 20 min 300 kvadratmetr mexaniki üsulla və 41 min 794 kvadratmetr minaaxtaran itlərin köməyi ilə yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir".





SON XƏBƏRLƏR