PA-nın şöbə müdirindən ABŞ-lı siyasətçiyə kəskin mesaj: "Əgər sizin şərəf və ləyaqətiniz varsa,..."

img

20-04-2017 [14:37]


Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özü haqqında yalan məlumatlar yayan amerikalı siyasətçiyə sərt icmarıc göndərib.

Bu barədə o,  "Twitter” səhifəsində yazıb.

O, "Trampa qarşı demokratik koalisiya”nın direktorlarından biri Skott Dvorkinə müraciət edib:

"Mən bir müddət gözlədim və fikirləşdim ki, vicdanınız sizə yalan və böhtan yaydığınızı və ən azından üzr istəmək lazım olduğunu deyəcək. Amma görürəm ki, yalan yaymaq sizin gündəlik işinizdir. Sizin yaydığınız məlumat haqqında təklifim budur. Əgər siz mənim ABŞ-da iki kondominiuma sahib olduğumu sübut edə bilsəniz, mən onlardan birini sizə hədiyyə edəcəyəm. Əks təqdirdə, əgər sizin şərəf və ləyaqətiniz varsa, üzr istəməlisiniz”


Digər xəbərlər
SON XƏBƏRLƏR