Şriftin ölçüsü / 191 dəfə oxunub

Banklar yanvar ayında nə qədər ziyana düşüb - Rəsmi

18 Mart 2017 [10:26]
Bu ilin fevralın 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 32 bank yanvar ayını zərərlə başa vurub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, banklar bu ilin yanvar ayında 496 mln. manatlıq zərərlə üzləşib.

Hesabat dövründə banklar faiz gəlirləri 179,8 mln. manat, o cümlədən kreditlər üzrə faizlərdən 130,9 mln. manat təşkil edib.

Bu ilin ilk ayında bankların faiz xərcləri 91 mln. manat olub. Kommersiya bankları depozitlər üzrə faizlərə 35,3 mln. manat sərf edib. Maliyyə təşkilatlarının qeyri-faiz xərcləri 67,4 mln. manat təşkil edib.
Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 212 mln. manat ayırıb.

Ümumiyyətlə, yanvar ayında banklar əməliyyatlar üzrə 282,4 mln. manat zərərə düşüb.



SON XƏBƏRLƏR