Deputat hava limanında xoşagəlməz hadisə ilə üzləşdi: "Xoşunuz gəmirsə..."

img

21-02-2017 [11:23]


"Bu gün (dünən) sübh tezdən Heydər Əliyev adına Hava Limanında oğlumu Macarıstana yola salmağa getmişdim. Wizz.air şirkətinin təyyarəsi ilə uçurdu. Bileti 18 gün öncə almışdım və sərnişinin oturacq yeri də dəqiq təyin olunmuşdu. Baqajı təhvil verərkən məlum oldu ki, on-line qeydiyyatdan keçməmişik. Bildirdim ki, əlimizdə bilet və dəqiq oturacaq yeri olduğu halda niyə qeydiyyatdan keçməliyik və bu barədə bilet alarkən niyə xəbərdarlıq edilməyib, Şirkətin təmsilçisi Elnarə adlı bir xanım cavab verdi ki, bu qaydanı bizim şirkət müəyyən edib və 30 avro məbləğində cərimə ödəməlisiniz”.

Mia.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bunun yanlış olduğunu və müştəridən əsassız vəsait almaq məqsədi güddüyünü söylədikdə, xanım "xoşunuz gəlmirsə, bizim təyyarədə uçmayın", – deyə, vurğulayıb:

"Hər şeyi bir tərəfə qoydum, daha çox xanımın işlədiyi şirkətin imicinə nə qədər zərbə vurduğunu bir anlığa düşündüm. Adətən Türk Hava Yollarında, eləcə də bizim AZAL-da hər dəfə bu sözlər yaddaşımda qalır: "Bizimlə uçduğunuza görə təşəkkür edirik”.

Bu xanım isə sərnişinə kobud formada deyir ki, "xoşunuz gəlmirsə, uçmayın!”. Pulu ödəyib uşağı yola saldım, ancaq bu məsləni araşdırmağa çalışacağam, çünki başqa insanlara qarşı da şirkətin bu cür addımlar atması mümkündür”.

Digər xəbərlər
SON XƏBƏRLƏR