Şriftin ölçüsü / 147 dəfə oxunub

Ağ Ev İŞİD-in bu ölkələrdən olan cəlladlarını “qara siyahı”ya saldı - Siyahı

10 Yanvar 2017 [22:13]
Yanvarın 10-da ABŞ Administrasiyası İŞİD-lə bağlı Böyük Britaniya və Avstraliya vətəndaşları Aleksanda Amon Koti, Nil Kristofer Prakaş və Xalid Şarruf, habelə bir sıra digər şəxslərə qarşı birtərəfli sanksiyalar tətbiq etmək barədə qərar qəbul edib.

Strateq.az xəbər verir ki, bu barədə Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bu şəxslər "İslam Dövləti” üçün terror şəbəkəsi yaratmaqda və cəlladlıqda ittiham olunurlar.

Bundan əlavə, ABŞ hökuməti İndoneziyada fəaliyyət göstərən "Camaah Ansharut Daula” qruplaşdırılmasını xarici terror təşkilatları siyahısına əlavə edib.


SON XƏBƏRLƏR