AGENTLİK SƏDRİ və EKSPERT NAZİR MÜAVİNİ OLDU - Prezidentdən yeni təyinatlar

AGENTLİK SƏDRİ və EKSPERT NAZİR MÜAVİNİ OLDU - Prezidentdən yeni təyinatlar

GÜNDƏM

16.02.2026, 10:50

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib.

Məlumata görə, bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarovdur.

O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib.

Cəbrayıl Xanlarov bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi.

Həmçinin, Yusif Nəbiyev nazir müavini təyin olunub. O, bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib.

Qeyd edək ki, Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi/Qaynarinfo

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR