Tramp 1915-ci il hadisələrini “soyqırım” adlandırmayıb

Tramp 1915-ci il hadisələrini “soyqırım” adlandırmayıb

GÜNDƏM

24.04.2025, 22:41

ABŞ prezidenti Donald Tramp 1915-ci il hadisələri ilə bağlı bugünki ənənəvi açıqlamada "soyqırım" ifadəsindən istifadə etməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, "Böyük fəlakət" mənasını verən "Meds Yeghern" ifadəsini işlədib.

Beləliklə, o, ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə işlədilən “soyqırım” ifadəsindən imtina edilib.

Onu da qeyd edək ki, keçmiş prezidenti Obama da “Böyük fəlakət” ifadəsini işlədib.

Məlumat üçün deyək ki, ABŞ prezidentləri hər ilin aprelin 24-də "Erməniləri Anma Günü" çərçivəsində yazılı açıqlama verirlər...

Lamiyə Əhmədli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR