Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı - Açıqlama

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı - Açıqlama

İQTİSADİYYAT

23.04.2025, 10:22

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.

Mia.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb: "Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub".

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə iyunun 11-də açıqlanacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR