"Diplomatik xidmət haqqında” qanun dəyişdi: güzəşt, qadağaılar və... - Nələr olacaq? (Yenilənib)
GÜNDƏM
13.12.2024, 12:36
Azərbaycanın diplomatları və onların ailə üzvləri üçün güzəştlər müəyyən edilir.
Mia.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara təklif edilən dəyişiklik layihələri müzakirəyə çıxarılıb.
Təklif edilən dəyişikliklərə əsasən, diplomatik xidmətdə olan şəxsin həyat yoldaşının ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.
Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə görə, diplomatik xidmətdə olan şəxsin Azərbaycan Respublikasının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləmiş və bu Məcəllənin 69-cu maddəsinin 3-1-ci hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilmiş həyat yoldaşı diplomatik xidmət orqanı əməkdaşının iş müddətində və ya bu müddət başa çatdığı tarixdən 60 təqvim günü keçənədək əvvəlki vəzifəsini (peşəsini) tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə (peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə (peşəyə) təyin olunacaq.
“Əmək pensiyaları haqqında” qanuna təklif edilən yeni maddədə isə qulluq stajına görə diplomatik xidmət əməkdaşları və onların ailə üzvlərinin əmək pensiyasına əlavələrin təyin edilməsi nəzərdə tutulub.
Həmçinin, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, diplomatik xidmətdə olan şəxslərə ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvacibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər, Azərbaycanın diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən və Azərbaycan vətəndaşı olmayan işçinin əməkhaqqı gəlir vergisindən azad olacaq.
Müvafiq layihələr səsverməyə qoyularaq, birinci oxunuşda qəbul edilib.
***
Milli Məclis Azərbaycanın diplomatik xidmət orqanı əməkdaşlarına şamil olunması nəzərdə tutulan məhdudiyyətlər haqqında yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.
Mia.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan yeni “Diplomatik xidmət haqqında” qanun layihəsinə əsasən, diplomatik orqanların əməkdaşları xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə, əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutması, xidmət keçdiyi diplomatik orqan rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına, dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına məhdudiyyət tətbiq edilir.
Layihədə həmçinin vurğulanıb ki, xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə olunması üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə məhdudiyyət qoyulur.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.
***
Diplomatik xidmət orqanları əməkdaşlarının fəaliyyət istiqamətləri müəyyənləşir.
Mia.az xəbər verir ki, bununla bağlı yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, diplomatik xidmət orqanlarının əməkdaşları Azərbaycanın xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunmasında, ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, milli təhlükəsizliyinin və milli maraqlarının xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorunmasını təmin etməlidirlər.
Bundan başqa, diplomatik xidmət orqanlarında çalışan əməkdaşları ölkənin xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətini əlaqələndirməlidir.
Həmçinin diplomatik xidmət orqanlarının əməkdaşları beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətinin, xarici dövlətlərin xarici və daxili siyasətinin, beynəlxalq təşkilatların fəaliyyətini təhlil etməli, xarici dövlətlərlə diplomatik və konsul əlaqələrini, beynəlxalq təşkilatlarla diplomatik əlaqələri həyata keçirməlidir.
Diplomatik xidmət orqanlarında xidmət keçən əməkdaşlar xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək verilməsində, dövlət protokolunun təmin olunmasında, konsul işinin təşkil edilməsi və konsul funksiyalarının həyata keçirilməsində iştirak etməlidirlər.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İran ABŞ-ın daha bir PUA-sını vurub
Bugün, 00:28 DÜNYA
-
Ərdoğan böyük heyətlə ABŞ-a getdi
Bugün, 00:16 GÜNDƏM
-
Trampdan gözlənilməz mesaj verdi, İrana qarşı variantlar sadaladı: "Pezeşkianla görüşə hazıram"
Bugün, 00:10 GÜNDƏM
-
İstanbulda Universitet sahibi saxlanıldı
Bugün, 00:10 GÜNDƏM
-
AHİK-də yeni təyinatlar - Baş mütəxəssis sektor müdiri, sektor müdiri isə...
Bugün, 00:07 CƏMİYYƏT
-
7 ölkə Türkiyəyə qarşı birləşdi - İtaliya birgə bəyanatı imzalamadı
Bugün, 00:03 GÜNDƏM
-
Türkiyə Super Liqasında sürpriz lider... - "Beşiktaş" Diyarbəkirdə məğlub oldu
Bugün, 00:02 İDMAN
-
"Fənərbaxça" "Eyüpspor"u 8 qolla darmadağın elədi
20.09.2026, 20:39 İDMAN
-
Xankəndi, Xocalı və Ağdərədə konsertlər keçirilib
20.09.2026, 18:06 MƏDƏNİYYƏT
-
Ukrayna ordusu ilk yeni ballistik raketi ilə Rusyanın strateji zavodlarını hədəf aldı: "Laylı müdafiə çətiri qurmaqdansa..."
20.09.2026, 16:59 GÜNDƏM
-
Husilər Ər-Riyadda hücum edib: "Məkkəyə hücum bizlik deyildi, bu isə..." - Səudiyyə isə qruplaşmanı mülki əhalini hədəf almaqda ittiham edir
20.09.2026, 16:47 DÜNYA
-
Qeyri-sabit hava ilə bağlı daha bir - Xəbərdarlıq
20.09.2026, 15:53 GÜNDƏM
-
"Düzdür, biz həddi bir az aşmışıq" - Rüfət Nasosnı Balaləli ilə Xosrov Maştağalının toydakı davasından danışdı
20.09.2026, 15:14 ŞOU-BİZNES
-
19-20 sentyabrdakı antiterror əməliyyatı: tarixi ədalət və uğur!... - TƏHLİL
20.09.2026, 14:44 SİYASƏT
-
"Kim tənqid edirsə, özü bilər" - "Üzeyir bizim qardaşımızdır, mən də istədim ki, muğamı bir az gəncləşdirim”
20.09.2026, 13:42 MƏDƏNİYYƏT
-
QULU AĞSƏSİN YENİ ŞEİRİ... - VİDEO
20.09.2026, 13:31 PRESS
-
Sabah hava necə olacaq? - Proqnoz
20.09.2026, 12:40 CƏMİYYƏT
-
Ceyhun Bayramov Nyu Yorka gedib
20.09.2026, 10:26 GÜNDƏM
-
AZAL-ın keçmiş prezidentinin ABŞ-dan sonra Londonda da mülkləri ortaya çıxdı - FOTOLAR
20.09.2026, 09:07 GÜNDƏM
-
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
20.09.2026, 00:02 GÜNDƏM
-
“Trabzonspor”- “Qalatasaray” derbisi: 2 qırmızı kart, 4 qol...
19.09.2026, 23:58 İDMAN
-
Mehriban Əliyeva: "Qoy xalqımızın həmrəyliyi, suverenliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!"
19.09.2026, 21:52 GÜNDƏM
-
İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
19.09.2026, 18:16 GÜNDƏM
-
Bilgəhdə 2 nəfər dənizdə batıb
19.09.2026, 17:26 CƏMİYYƏT
-
Baş inspektor rəis təyin olunub
19.09.2026, 17:03 İQTİSADİYYAT
-
Həbsinə heç kim inanmırdı... - Adnan Əhmədzadə bir ildir həbsdədir + FOTOLAR
19.09.2026, 16:31 SİYASƏT
-
“Bank Respublika”nın “AccessBank”ı almasına “Paşa Bank”dan - Reaksiya
19.09.2026, 16:28 İQTİSADİYYAT
-
Məşhur vəkilin Azərbaycandan çıxışına "STOP" qoyulub
19.09.2026, 15:47 SİYASƏT
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb
19.09.2026, 15:24 KRİMİNAL
-
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir - SİYAHI
19.09.2026, 14:55 CƏMİYYƏT
-
Prezident İlham Əliyev keçmiş futbolçu haqda sərəncam imzalayıb
19.09.2026, 14:30 GÜNDƏM
-
Prezident onları təltif etdi - SİYAHI
19.09.2026, 14:04 GÜNDƏM
-
Anar Ələkbərov Milli Qəhrəmanın ailəsində qonaq olub, toyda iştirak edib - FOTOLAR
19.09.2026, 13:44 GÜNDƏM
-
Məşhur YAP-çı: "2026-cı ili maraqlı hadisələrlə başa vuracağıq" - "Ramiz Mehdiyev və onun havadarları YAP-ın rəhbər orqanlarından uzaqlaşdırılmalıdır"
19.09.2026, 13:29 SİYASƏT