Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CƏMİYYƏT
05.11.2024, 00:00
Qoç - mühüm işlərə başlamağa tələsməyin. Bunun üçün yararlı və münasib zaman deyil. Bütün detalları, təfərrüatları bir daha götür-qoy edin. Konkret fəaliyyət planı hazırlayın. Belədə uğur şanslarınız xeyli artacaq.
Günün ikinci yarısında köhnə dostlarla asanlıqla dil tapacaqsınız. İlk dəfə gördüyünüz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Axşam saatlarına yaxın səhhətinizdə prolemlər yarana bilər. Sümük və oynaqlarınızda xroniki ağrılar varsa, ehtiyatlı olun. Travma riski var.
Buğa - romantik münasibətlər baxımından əlverişli zaman olsa da, bütün diqqəti işə yönəldin. Məqsədə doğru aparan yolda fikriniz dağılmasın. Huşyar və sərvaxt olun. İntuisiyanız sizi aldatmayacaq. Kiminlə əməkdaşlıq etməyin gərəkdiyini, kimdən də uzaq durmağa zərurət duyulduğunu hiss edin.
Günün ikinci yarısında situasiya ağırlaşacaq. Əsas məsələnin çözümünü unudaraq ikinci dərəcəli problemləri qabartmayın. Adi günlərdən fərqli olaraq sizi daha çox tənqid edirlər. Deyilənlər sizi bədbinləşdirməsin. Yumor hissini yada salın.
Belədə yaşamınız daha gözəl və rahat olacaq.
Əkizlər - ehtiyatlı və sayıq olun. İstənilən işə ciddi yanaşma, addım və əməllərin kritik dəyərləndirilməsini tələb edən gündür. İndiyədək əldə etdiyiniz yaşam təcrübəniz karınıza gələcək.
Köhnə yanlışlıqları yada salaraq yeni səhvlərə yol verməyin.
Günün ikinci yarısında evdə xoşagəlməz hadisə yarana bilər. Xırda məsələlərə görə qarşıdurma, məişət problemləri, yaxınlarınızdan birinin qayda və ya ənənələri pozması istisna deyil. Sakit və təmkinli olun, soyuqqanlı davranın. Axşam saatlarında neqativ emosiyalarınıza hakim olun.
Xərçəng - xüsusilə mühüm saydığınız məqsədə çata bilərsiniz. Prioritetləri dürüst müəyyənləşdirin. İkinci dərəcəli məsələləri təxirə salın. Yaxın ətrafınızdakı insanların xahiş və müraciətlərinin hamısını yerinə yetirmək məcburiyyətində deyilsiniz. Etimadınızdan sui-istifadə etməyə çalışan insanlarla sərt danışın.
Günün ikinci yarısında yaxınlarınızdan biri sizi dəstəkləyəcək. İdeyalarınızın hamısının şəksiz qəbuluna isə bel bağlamayın. Sevdiyiniz insanın istəklərindən biri ilə qəti qərar zamanıdır. Gəlirlər istina deyil.
Şir - təmaslarda diqqətli olun. Bu gün yalnız etibarına əsla şübhə etmədiyiniz insanlara güvənə bilərsiniz. Ehtiyatlı olun, fırıldaq qurbanına çevrilə bilərsiniz.
Maliyyə fonu uğursuzdur. İtkilər istisna deyil. Maliyyə fırıldaqlarına, şübhəli anlaşmalara və sövdələşmələrə qatılmayın.
Günün ikinci yarısında yaxınlarınızın ünvanına sərt tənqidlər səsləndirməyin. İradlarınız onları incidə bilər. Sevdiyiniz insanla fikir ayrılıqlarının yaranması istisna deyil. Planlarınızı bəyənmir, qəbul etmirlər.
Qız - günün ilk yarısı çox mürəkkəb və ağır dönəm təsiri bağışlaya bilər. Amma hər şey o qədər də pis deyil. Tələsik qərarlar qəbul etməyin. Önəmli qərar verməzdən əvvəl düşünüb-daşının. Razıyıq, cansıxıcı məşğuliyətdir. Amma bu minvalla səhvlər və itkilərdən qurtula bilərsiniz.
Günün ikinci yarısında işdə fikir ayrılıqları yaranacaq. Tapşırıqlarla sifarişlərə münasibətiniz həmkarlarınız və rəhbərliyinizdə narazılıq yarada bilər. Fəqət hadisələrin axarı haqlı olduğunuzu göstərəcək.
Axşam saatları köç, təmirə başlamaq, yaşam arealını yeniləmək, interyer predmetləri almaq üçün əlverişlidir. Mübahisələrə qatılmayın. Yaxınlarızla çəkişsəniz, sonradan barışmaq asan olmayacaq.
Tərəzi - maraqlı ideyalar və planlar yaranacaq. Onları yaxın gələcəkdə reallaşdırmaq çətin deyil. Yeni müttəfiqlərin axtarışını təxirə salmayın. Yardıma ehtiyacınız var, çünki görmək zərurətində qaldığınız işlərin miqyası artır. Cari işləri, rutin məşğuliyyəti unutmayın. Yaxın ətrafınızdakı insanların münasibəti işlərin öhdəsindən gəlmə sürətindən asılıdır.
Günün ikinci yarısında qəfil, amma çox maraqlı təklif ala bilərsiniz. Dəyişikliklər başlayır. Yeniliklər ciddi və köklü olacaq. Narahatlıq üçün heç bir səbəb yoxdur.
Uğurlu zamandır.
Əqrəb - nigaranlıq və təlaş qaçılmazdır. Günün ilk yarısında problemlər yaranacaq. Hadisələrlə zəngin zamandır. Bəzi olaylar sizin üçün gözlənilməzdir. Yaşananlara dürüst reaksiya versəniz, irəliləyiş istisna deyil.
Tərifləri sakit, təmkinli şəkildə qəbul edin.
Günün ikinci yarısında sizə xoş söz demək istəyənlərin sayı az olmayacaq. Situasiya sakitləşəcək. Diqqət və səlislik tələb edən işlər üçün əlverişli zamandır.
Faydalı bilik və informasiya əldə edərək dünyagörüşünüzü genişləndirə bilərsiniz.
Oxatan - mühüm qərarlar qəbul etməkdən çəkinməyin. Vəziyyət dumanlı, anlaşılmaz təsir bağışlasa da, özünüzdən bədgüman olmayın. Məlumat kasadlığı problem olmamalıdır. İşləri vaxtında başa vurmağa can atın.
Yaxın ətrafınızdakı insanlar günün ikinci yarısında sizi dinləyəcəklər. Mövqelərinizdən geri çəkilməyin, müzakirələrdə əsaslı arqumenti səsləndirin.
Dəvət olunduğunuz tədbirə qatılmağı unutmayın.
Axşam saatlarını sevdiyiniz insanla keçirin. Yaxın gələcəklə bağlı birgə planı müzakirə etmək olar.
Oğlaq - hansısa iş alınmazsa, təlaşa qapılmayın. Gün xoşagəlməz sürprizlər bəxş edə bilər. Heç bir olay mühüm saydığınız işlərin görülməsinə mane olmamalıdır. Qarşınıza qoyduğunuz məqsədə mütləq çatmağa çalışın.
Günün ikinci yarısında köhnə müttəfiqlər və yeni tanışlar sizə yardım təklif edəcəklər. Yardımlardan, dəstəkdən boyun qaçırmağa dəyməz.
Axşam saatlarında yaxınlarınızla münasibətlərinizdə gərginlik yaranacaq. Təmaslarda harmoniya yaradın. Qarşılıqlı anlaşmaya nail olmaq üçün maksimum səy göstərin.
Dolça - maliyyə məsələlərində ehtiyatlı olun. Pul itkisi riski artır. Qiymətli əşyalarınızda gözünüz olsun. Saatlar keçdikcə situasiyada müsbət təmayüllərin təsiri artacaq. Peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli uğurlara nail ola bilərsiniz.
Günün ikinci yarısı aktiv ünsiyyət tələb edir. Yaxın ətrafınızdakı insanlarla dil tapın.
Axşam saatları dostlarla görüş və ya ailəvi tədbirlər üçün əlverişlidir. Aktiv istirahəti seçin, yeni təəssüratlar arayın. Şərtlər əlverişlidir.
Balıqlar - çox uğurlu gündür. Günün ilk yarısında emosional fon münasibdir. İlk növbədə, görəcəyiniz işi özünüz müəyyənləşdirə bilərsiniz. Sonra ikinci dərəcəli məsələni müəyyənləşdirərək onu reallaşdırmağa başlayın. Yaxınlarınız sizi dəstəkləyəcəklər.
Günün ikinci yarısında alış-verişə yollanmaq olar. Bədxərclik etməyin. Problemlərin həllinə yaradıcı yanaşın. Yeni ideya və ya planlardan bəhrələnin, bacarığınızdan faydalanın. Sevdiyiniz insanla axşam saatlarını mənalı keçirin.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Millətlər Liqası: Azərbaycan yığması Litvada yığması qarşısında... (YENİLƏNİB)
Bugün, 17:15 İDMAN
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" - Ərdoğandan Azərbaycana mesaj
Bugün, 17:12 GÜNDƏM
-
Sabah bəzi rayonlara dolu düşəcək - Hava proqnozu
Bugün, 12:59 CƏMİYYƏT
-
"Nizamnamədən irəli gələn məsələlərə baxılacaq" - YAP sədrinin müavini qurultaydan danışdı
Bugün, 12:56 SİYASƏT
-
"Bu gün biz son 200 ilin ən güclü Azərbaycanında yaşayırıq" - Musa Musayev açıqlamalar
Bugün, 12:43 SİYASƏT
-
Ağ işıq (esse)
Bugün, 12:34 YAZARLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Bugün, 12:01 GÜNDƏM
-
Lerikdə zəlzələ olub
Bugün, 11:35 GÜNDƏM
-
DİN-in şəxsi heyəti Zəfər parkında olub
Bugün, 11:06 CƏMİYYƏT
-
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkında - VİDEO
Bugün, 10:07 GÜNDƏM
-
Mehriban Əliyev: "Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır!"
Bugün, 09:39 GÜNDƏM
-
Elşad Miri saytını satdı
Bugün, 09:12 PRESS
-
BUXARESTDƏ 27 SENTYABR - ANIM GÜNÜ QEYD OLUNUB - FOTOLAR
Bugün, 00:25 SİYASƏT
-
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO
Bugün, 00:16 GÜNDƏM
-
BU GÜN AZƏRBAYCANDA ANIM GÜNÜDÜR
Bugün, 00:02 GÜNDƏM
-
"Mənə ”qarnını cıraram, başını kəsərəm” demirdi, amma bıçağı yelləyə-yelləyə..." - Deputat adının hallandığı qalmaqaldan danışdı
26.09.2026, 22:01 GÜNDƏM
-
ARDNF və “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib
26.09.2026, 19:10 İQTİSADİYYAT
-
Bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
26.09.2026, 19:04 GÜNDƏM
-
Sahil Babayev vəkili yeni vəzifəyə təyin etdi
26.09.2026, 18:02 CƏMİYYƏT
-
Prezident İlham Əliyev və ailəsi "Formula 1"in əsas yarışında - FOTOLAR
26.09.2026, 17:48 GÜNDƏM
-
Türkiyə mediasında Azərbaycana qarşı qərəzli hücumla bağlı daha bir sərt bəyanat: "Ölkəmizə girişləri məhdudlaşdırılacaq"
26.09.2026, 17:40 GÜNDƏM
-
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu
26.09.2026, 17:06 İDMAN
-
Prezident İlham Əliyev Beynəlxalq İnvestisiya Forumunda - MÜHÜM MESAJLAR + VİDEO, FOTOLAR (YENİLƏNİB)
26.09.2026, 17:00 GÜNDƏM
-
Türkiyədə Azərbaycana qarşı təxribat xarakterli kampaniya: "Qardaşlıq, müttəfiqlik münasibətləri..." - Milli Məclis bəyanat yaydı
26.09.2026, 13:30 SİYASƏT
-
Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib
26.09.2026, 13:08 MƏDƏNİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
26.09.2026, 12:47 CƏMİYYƏT
-
Beynəlxalq İnvestisiya Forumunda yeni sənədlər imzalandı - Prezidentin iştirakıyla + FOTOLAR
26.09.2026, 11:34 GÜNDƏM
-
Şahin Mustafayev Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb - Açıqlama
26.09.2026, 10:53 GÜNDƏM
-
"Azərbaycan Las-Veqas, Dubay və Mayaminin..." – Emin Ağalarov
26.09.2026, 10:45 İQTİSADİYYAT
-
Ceyhun Bayramov BMT-də: "Qlobal çağırışlar getdikcə daha mürəkkəb xarakter alır" - "Biz hazırda de-fakto sülhə nail olmuşuq, bundan əlavə..."
26.09.2026, 09:12 SİYASƏT
-
Qaradağ rayonunda vulkan püskürüb
26.09.2026, 09:05 CƏMİYYƏT
-
Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO
26.09.2026, 00:41 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26.09.2026, 00:12 CƏMİYYƏT
-
"Prezident Ərdoğan o vaxt mənə açıq dedi ki..." - "Partiya təkadamlıqdır ki, belə özyanından qərar verisən?"
25.09.2026, 22:34 SİYASƏT