Zaqatalada institutda kütləvi zəhərlənənlər olub - Say 40-ı ötüb (Yeniləniib)
CƏMİYYƏT
08.05.2024, 16:14
Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub.
Mia.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlərin ifadələri əsasında qida məhsulunun istehsal olunduğu iaşə müəssisəsinə (“Şef Dönər”) baxış keçirilib.
Müayinələrin aparılması üçün məhsullardan və qida ilə təmasda olan səthlərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. İlkin araşdırma zamanı çiy dönərin müəssisənin daxilində hazırlandığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Obyektlə bağlı digər nəzarət tədbirləri aparılmaqdadır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, zəhərlənməyə səbəb dönərlərin hazırlanması (o cümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdim edilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsi və ikincili çirklənməyə səbəb olmasıdır.
Qeyd olunub ki, Agentlik tərəfindən qeyd edilən ünvanda aparılan monitorinqlər zamanı toyuq dönərində E.Coli aşkar edildiyi üçün 2023-cü il 14 dekabr tarixində “Şef Dönər” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib, müəssisənin sahibinə cərimə tətbiq edilib.
Qeyd edək ki, 2024-cü ilin ötən dövründə Agentlik tərəfindən 58 dönərxanada yoxlama aparılıb. Yoxlamalar zamanı 18 dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Uyğunsuzluq aşkarlanan obyektlərin fəaliyyəti ilə bağlı müvafiq məhdudlaşdırıcı qərarlar qəbul edilib.
***
Zaqatalada dünən zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb.
Mia.az TƏBİB-ə istinadla xəbər verir ki, mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın, 13 kişi olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub: "Onlardan 15-i uşaqdır. Hər birinə zəruri tibbi xidmət göstərilib, 32 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur".
***
Zaqatalada dönərdən kütləvi zəhərlənənlərin sayı artıb.
Mia.az xəbər verir ki toyuq dönəridən zəhərlənərək Zaqatala Mərkəzi Xəstəxanasına müraciət edənlərin sayı 40-ı ötüb.
***
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.
Məlumata görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.
Zəhərlənənlər arasında tələbələr də var. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.
Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb(Report).
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Bşiktaş"a uduzan Litva komandasının baş məşqçisi: "Biz artıq özümüzü Konfrans Liqasına hazırlamalıyıq"
Bugün, 00:33 İDMAN
-
Sirrə qədəm qoyan 93 yaşlı 44 ilin prezidenti... - 74 gün sonra ölkəyə döndü
Bugün, 00:16 DÜNYA
-
Unudulmaz duet yenidən bir araya gəlir - Bergüzar Korel Kenan İmirzalıoğlu ilə eyni serialda!
Bugün, 00:15 MƏDƏNİYYƏT
-
Məkkə sazişinin görünməyən tərəfləri: yeni dünya düzəni necə formalaşa bilər? (TƏHLİL)
Bugün, 00:07 SİYASƏT
-
"Qalatasaray" Aleksey Batrakovu açıqladı
Bugün, 00:03 İDMAN
-
Peruda güclü zəlzələ oldu - 7.2 bal gücündə
Bugün, 00:02 DÜNYA
-
Konfrans Liqası: "Qarabağ" səfərdə qalib gəldi - VİDEO (Yenilənib)
20.08.2026, 23:53 İDMAN
-
Avropa Liqası: Türkiyənin iki komandası meydanda, biri uddu, digəri uduzdu (Yenilənir)
20.08.2026, 22:53 İDMAN
-
Türkiyənin bu şəhərində sirli olay: eyni yerdə iki qadın, bir kişi cəsədi tapıldı
20.08.2026, 22:09 DÜNYA
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi - VİDEO
20.08.2026, 18:52 GÜNDƏM
-
Avqustun son günləri beş bürc sevinəcək
20.08.2026, 18:14 CƏMİYYƏT
-
Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava - VİDEO
20.08.2026, 18:00 İDMAN
-
Hindistan Ermənistan üçün silah baronuna çevrilir...
20.08.2026, 17:52 SİYASƏT
-
Şair İlham Qəhrəmanın AYB ilə çəkişməsi bitmir: kim qalib gəlib?
20.08.2026, 17:39 MƏDƏNİYYƏT
-
Saatlı Peşə Liseyində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyinat olub
20.08.2026, 17:25 GÜNDƏM
-
Türkiyə, Misir və Qətər İsrailə birgə etiraz etdi
20.08.2026, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
20.08.2026, 17:00 İQTİSADİYYAT
-
İsmayıllı rayon İcra Hakimiyyətinin tenderi ləğv olunub
20.08.2026, 16:46 CƏMİYYƏT
-
Deputatın adıyla hallanan şirkət daha bir tenderə sahibləndi - 50 milyon manatlıq
20.08.2026, 16:34 İQTİSADİYYAT
-
TƏBİB-in sabiq departament rəhbəri yeni vəzifəyə təyin olundu
20.08.2026, 16:18 CƏMİYYƏT
-
Rəsmi Moskva Kiyevi ittiham edir: "Onların hazırkı mövqeyi böhranın sülh yolunu bağlayır"
20.08.2026, 16:07 DÜNYA
-
İlham Əliyev 2026–2030-cu illər üçün Dövlət Proqramını təsdiqləyib
20.08.2026, 16:03 GÜNDƏM
-
Prezident yeni Agentliyin Əsasnaməsini təsdiqlədi - FƏRMAN
20.08.2026, 16:00 İQTİSADİYYAT
-
Prezident sərəncam imzaladı - Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
20.08.2026, 15:55 GÜNDƏM
-
RUSİYADAN İSRAİLƏ SƏRT XƏBƏRDARLIQ: "Belə getsəniz, dövlət olaraq "yox" olacaqsınız" - "Türkiyə İran deyil"
20.08.2026, 15:49 GÜNDƏM
-
TÜRKİYƏDƏN İSRAİLİN TƏHDİDİNƏ CAVAB VERİLDİ: "Bu istiqamətdə səylərimiz və töhfələrimiz qətiyyətlə davam edəcək"
20.08.2026, 15:14 GÜNDƏM
-
Şagirdlərin elektron yerdəyişməsi başlayıb
20.08.2026, 15:03 GÜNDƏM
-
Bakıda Uşaq Kliniki Xəstəxanasının ayaqyolu rüsvayçı gündədir - "Bura səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa..." + FOTOLAR
20.08.2026, 14:41 GÜNDƏM
-
Bakıda şirkət küçəni tən ortadan belə böldü - İcra başçısı və yerli qurumlar isə "yatıb" + FOTOLAR
20.08.2026, 14:37 CƏMİYYƏT
-
"Məni istəyən adamın hər bir səhvini bal, şəkər kimi qəbul edirəm, amma..."
20.08.2026, 14:26 ŞOU-BİZNES
-
Qırğız Respublikası Ali Məhkəməsinin nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR
20.08.2026, 14:19 GÜNDƏM
-
Hərbi Həkim Komissiyasının sabiq rəisi məhkəmədən azadlığa buraxıldı - Prokurorluq etiraz edir (Yenilənib)
20.08.2026, 14:05 KRİMİNAL
-
"Azercell" "Brandon Hall Group HCM Excellence Awards"da üç mükafat qazanıb
20.08.2026, 13:59 İQTİSADİYYAT
-
İndoneziyada zəlzələ - 5,7 bal gücündə
20.08.2026, 13:38 DÜNYA