"Bşiktaş"a uduzan Litva komandasının baş məşqçisi: "Biz artıq özümüzü Konfrans Liqasına hazırlamalıyıq"

 \"Bşiktaş\"a uduzan Litva komandasının baş məşqçisi: \"Biz artıq özümüzü Konfrans Liqasına hazırlamalıyıq\"

İDMAN

Bugün, 00:33

Bu gün Avroliqada "Kauno Zalgiris"i İstanbulda qəbul edən "Beşiktaş" matçdan 3-0 hesablı inamlı qələbə qazanıb.

Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, oyundan sonra Litva komandasının baş məşqçisi Zeljko Sopiç "Beşiktaş"ı tərifləyib.

O bildirib ki, İstanbul klubu onlarla müqayisə olunmayacaq gücdədir: "Əvvəlcə "Beşiktaş"ı təbrik etmək istəyirəm. Onlar, şübhəsiz ki, bizdən daha yaxşı komandadır. Mənim və oyunçularım üçün çox uzun 90 dəqiqə oldu. Komandam və mən bunu bilirdik, amma yenə də yaxşı mübarizə apardıqları üçün oyunçularımla fəxr edirəm. Bəlkə də mediada məşqçinin 3-0 hesabı ilə məğlub olduqdan sonra buraya gəlib oyunçuları ilə fəxr etdiyini deməsi sizə bir az qəribə gələ bilər. Amma bu, tamamilə fərqli bir səviyyədir. "Beşiktaş" bu gün daha çox qol vura bilərdi. "Beşiktaş"ın bir çox oyununu izləmişəm. Düzünü desəm, biz artıq özümüzü Konfrans Liqasına hazırlamalıyıq".

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR