Milli Məclis bəyanat yayıb - Fransanın növbəti qətnaməsi ilə bağlı
SİYASƏT
01.12.2022, 12:06
“Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk”.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Milli Məclisinin Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ilə bağlı 2022-ci il 1 dekabr tarixli bəyanatında bildirilib.
Bəyanatda daha sonra deyilir:
“Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etmiş, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etmişdir. Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk.
Danılmaz faktdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur. Təəssüflə qeyd edilməlidir ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və aqressiv separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbulediməzdir.
Qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması, işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, 4000 nəfərə yaxın vətəndaşımızın itkin düşmüş hesab olunması, kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsi kimi faktların yer almaması onun ucuz siyasi sifarişdən başqa bir şey olmadığını açıq şəkildə göstərir.
Digər tərəfdən, Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə məşğul olmuşlar. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir.
Fransa hələ də dekolonizasiya kateqoriyasına aid edilən bir sıra əraziləri qanuni sahiblərinə qaytarmır və neokolonializm siyasəti əsasında həmin ərazilərin anneksiyası xəttini yürüdür. Fransada irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatdığı artıq danılmaz bir faktdır. Fransa siyasətçiləri unutmamalıdırlar ki, müstəmləkəçilik insanlıq əleyhinə cinayətdir.
Azərbaycan Respublikası müstəqil dövlət olaraq, bütün ölkələrlə münasibətləri bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirir. Hər kəs anlamalıdır ki, 2020-ci ilin payızında xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün və haqq-ədalətin bərpasını təmin etmişdir. Əzəli tarixi torpaqları olan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməklə Azərbaycan dövləti BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin etmişdir. Beləliklə, Ermənistanın Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tarixi missiya uğurla yerinə yetirilmişdir.
Bununla əlaqədar olaraq, Fransa parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi praktikasından əl çəkməli, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən ritorikaya və hərəkətlərə son qoymalıdırlar. Fransa Milli Assambleyasının Fransanın müstəmləkəçilik tarixinə ədalətlə yenidən baxması və ona düzgün siyasi-hüquqi qiymət verməsi, Fransada tüğyan edən irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını almaq üçün üzərinə düşən öhdəliklərini yerinə yetirməsi və sadə Fransa vətəndaşlarının problemlərini dinləməsi daha faydalı və səmərəli olardı”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AzTV-də bəzi şöbələr birləşdirilir
Bugün, 12:53 PRESS
-
Bolqarıstanda seçki: nələr olur? - TƏHLİL
Bugün, 12:40 SİYASƏT
-
Ziraat Türkiyə Kuboku: oyunun başlama saatları bəlli oldu
Bugün, 12:31 İDMAN
-
Pensiyalar nə vaxt ödəniləcək? - Açıqlama
Bugün, 12:29 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
Bugün, 12:25 CƏMİYYƏT
-
Ceyhun Bayramov Banqkokda: nazirlər görüşüb - FOTO
Bugün, 12:21 SİYASƏT
-
Elon Musk Fransada ifadəyə çağırıldı - Açıqlama
Bugün, 12:10 DÜNYA
-
Pezeşkian “odun üstə su tökdü”, islam ölkələrinə mesaj verdi – “Müharibə heç kimin marağında deyil”
Bugün, 11:55 SİYASƏT
-
Yol Polisi İdarəsi sürücülərə müraciət edib
Bugün, 11:43 CƏMİYYƏT
-
Həbsdəki politoloqun xanımından şikayət olunub - Böhtan iddiası ilə
Bugün, 11:39 SİYASƏT
-
İRAN ABŞ-la DANIŞIQLARDAN İMTİNA ETDİ – İran XİN Pakistanın bəyanatına operativ reaksiya verdi (YENİLƏNİB)
Bugün, 11:35 GÜNDƏM
-
Tbilisidə azərbaycanlı qızın meyiti tapılıb
Bugün, 11:28 KRİMİNAL
-
Lukaşenko ABŞ-a səsəndi: "İran daim sizi güdəcək" - "Xameneidən sonra yerinə gələn oğlu daha radikal liderdir..."
Bugün, 11:20 SİYASƏT
-
İsraildən livanlılara xəbərdarlıq: “Geri dönməyin!
Bugün, 11:06 DÜNYA
-
Manaf Babayev yüksək vəzifəyə təyin edildi
Bugün, 11:03 CƏMİYYƏT
-
"Atasığorta" "Atəşgah Sığorta" ASC-yə birləşdirilib (Yenilənib)
Bugün, 10:43 İQTİSADİYYAT
-
BÖLGƏ YENİDƏN MÜHARİBƏYƏ SÜRÜKLƏNİR: İran ABŞ gəmilərinə hücum edib
Bugün, 10:36 GÜNDƏM
-
Ceyhun Bayramov 82-ci sessiyaya sədrlik edib - Bakı–Banqkok Bəyannaməsi qəbul olunub (FOTO)
Bugün, 10:30 SİYASƏT
-
Amerikadakı erməni mafiyası və... - Paşinyanla daşnak düşüncəsi arasındakı fərq (TƏHLİL)
Bugün, 10:24 GÜNDƏM
-
Təhsilə tənqidi yanaşmada məsuliyyət haqqında - Vahid Tağıyev yazır
Bugün, 10:10 YAZARLAR
-
"Azərpoçt"un sədri yeni vəzifəyə təyinat aldı
Bugün, 10:00 GÜNDƏM
-
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Bugün, 09:11 GÜNDƏM
-
Bu komanda Super Liqaya yüksəldi: “Orada da sözümüzü deyəcəyik”
Bugün, 09:00 İDMAN
-
İsrail ordusu Livanın cənubundakı evləri sökür
Bugün, 00:52 DÜNYA
-
Məşhur aktyor serialdan tələm-tələsik çıxarıldı, yeni səhnələr silindi - “Dəliqanlı”da nə baş verir?
Bugün, 00:24 MƏDƏNİYYƏT
-
ABŞ ORDUSU İRAN GƏMİSİNİ VURDU: “Xəbərdarlığa məhəl qoymadılar...”
Bugün, 00:13 GÜNDƏM
-
“Trabzonspor” son saniyədə “yıxıldı”
Bugün, 00:11 İDMAN
-
Sergen Yalçından məğlubiyyət şərhi: “Səhvlərdən dərs çıxaracağıq”
Bugün, 00:06 İDMAN
-
"Təşkilat" niyə yayımlanmadı? – TRT1 son anda qərarı dəyişib
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Dünyanın tanımadığı Avropadakı "100 min tutumlu kiçik ölkə”… - 80 min türk vətəndaşlıq istəyir
Bugün, 00:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
ABŞ nümayəndə heyəti İslamabada gəlib - İki təyyarə ilə
19.04.2026, 22:52 GÜNDƏM
-
AzTV-də qalmaqal: Sədrin etibarlı kadrı niyə istefaya məcbur qaldı? - AÇIQLAMA
19.04.2026, 22:24 PRESS
-
Tramp İranı yenə hədələyib: "Bizim nümayəndələr İslamabadda olacaq, əgər..."
19.04.2026, 18:03 GÜNDƏM