Rəsmi Bakıdan Paşinyana cavab verildi: "Bu, heç bir hüquqi və əxlaqi çərçivəyə sığmır"
SİYASƏT
28.06.2022, 14:23
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın 27 iyun tarixli mətbuat konfransında söylədiklərinə cavab verib.
Nazirliyin Mətbuat xidməti idarəsindən Mia.az-a bildirilib ki, N.Paşinyanın 27 iyun 2022-ci il tarixində onlayn mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı söylədiyi bir sıra fikirlər bu ölkənin bölgədə dayanıqlı sülh yaratmaq istəyini şübhə altına alır:
"Otuz ilə yaxın Azərbaycan ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq bu əraziləri darmadağın edən bir ölkənin rəhbərinin, Azərbaycanı bu illər ərzində blokada siyasətini yürütməkdə ittiham etməsi heç bir hüquqi və əxlaqi çərçivəyə sığmır. Baş nazir Paşinyana xatırladırıq:
Azərbaycan, Ermənistanın işğalçı siyasətinə rəğmən və ərazilərində onilliklər ərzində Ermənistan tərəfindən tətbiq edilmiş “hər şeyi məhv etmək” yanaşmasına baxmayaraq, ərazilərini azad etdikdən sonra iki dövlət arasında münasibətlərin normallaşması tərəfdarı və təşəbbüskarı olub. Məhz Azərbaycan dövlət başçısı, post-münaqişə mərhələsində beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi əsasında sülh sazişinin imzalanması təklifi ilə çıxış edib. Hətta, Azərbaycan tərəfi Sazişin əsaslanmalı olduğu baza prinsiplərini də qarşı tərəfə təqdim edib. Paşinyanın iddia etdiyi kimi Azərbaycan müharibə istəsəydi, yəqin ki, bu addımlara ehtiyac qalmazdı. Əgər Azərbaycan müharibə istəsəydi, Ermənistanın 30 il ərzində yerlə yeksan etdiyi ərazilərin yenidən qurulması və bərpası üçün böyük səylər sərf edib, nəhəng işlər görməzdi.
Azərbaycan tərəfi, iki ölkə arasında sərhədlərin delimitasiyası, bölgədə bütün kommunikasiyaların açılması və tərəflər arasında gələcək sülh sazişinin imzalanması istiqamətlərində yalnız sözdə açıqlamalar vermir, öz əməlləri və konkret addımları ilə söylədiklərini həyata keçirir. Uzun illər ərzində məhz Azərbaycan tərəfi, bölgədə normal münasibətlərin qurulmasının və bütün kommunikasiyaların açılmasının Ermənistana faydalı olacağını söyləyib. Ermənistan tərəfinin bunu nəhayət anlaması və baş nazirin “kommunikasiyaların açılması Ermənistana sərf edir” söyləməsi, Ermənistan rəhbərliyinin yeni yanaşması kimi diqqəti cəlb edir. Görünür, həqiqətlərin Ermənistan tərəfindən qəbul edilməsi bir qədər vaxt tələb edir. Ümid edirik ki, artıq reallığa çevrilən Zəngəzur dəhlizinin fəaliyyətinin səmərəliliyinin Ermənistan tərəfindən dərk edilməsi üçün böyük zamana ehtiyac qalmayacaq.
Üçtərəfli bəyanatlara gəldikdə, bu sənədlə tərəflərin üzərinə götürdüyü öhdəliklər və onların icrası göz qabağındadır. Sənədin iddialarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərinə diversant qüvvələr göndərən, Azərbaycan ərazilərindən qanunsuz silahlı birləşmələrini çıxarmayan, kommunikasiyaların açılmasını uzun müddət ərzində ləngidən Ermənistan bu bəyanatların icrasını kobud şəkildə pozur.
Ermənistan Baş naziri, konkret hansı hala istinad etdiyinə aydınlıq gətirmədən “Azərbaycan tərəfinin ən azı bir halda görüşün keçirilməsini boykot etdiyni” söyləyir. Əgər, post münaqişə mərhələsində indiyədək beynəlxalq vasitəçilərin iştirakı ilə də təklif edilən və Ermənistan tərəfindən müxtəlif bəhanələrlə pozulan, habelə keçirilməsinə 1-2 saat qalmış təxribatlarla təxirə salınan görüşləri sadalamağa başlasaq, siyahı çox uzun olar.
Ermənistan həqiqətən sülh istəyirsə, səmərəlilik əmsalı hər zaman aşağı olan və hazırda üzvləri tərəfindən açıq şəkildə fəaliyyətinin qeyri-mümkünlüyü etiraf edilən bir formatı dirçəltməyə zaman sərf etməkdənsə öz siyasi iradəsini ortaya qoyub sülh istiqamətində konkret addımlar atmalıdır".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İstanbulda qaçırılan vəzifəli şəxs: "300 kq qızıl istəyirdilər..."
Bugün, 20:40 KRİMİNAL
-
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Bugün, 20:37 GÜNDƏM
-
Dolan Bakı, daşan problemlər... - Nə etmək olar?
Bugün, 20:34 CƏMİYYƏT
-
İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTOLAR
Bugün, 19:23 GÜNDƏM
-
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
Bugün, 19:03 SİYASƏT
-
"Qalatasaray” onu istəyir
Bugün, 18:35 İDMAN
-
QHT layihələrinin maliyyələşmə mexanizmi dəyişdi - "Bir pəncərə" prinsipi yaradıldı
Bugün, 18:27 GÜNDƏM
-
“O, mənə lazımdır” – Mourinyo
Bugün, 18:26 İDMAN
-
Fond sədri: "Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər"
Bugün, 18:05 GÜNDƏM
-
Sabiq icra başçısından AQTA-ya ittiham: "Bu möhür üçün kimyəvi məhluldan..."
Bugün, 17:54 İQTİSADİYYAT
-
Bakıda su verilişi qrafikə keçdi - Saatlar açıqlandı
Bugün, 17:29 CƏMİYYƏT
-
İranın bloklanan pulunun yerinə Amerika qarğıdalı, paxla və buğda verəcək - ABŞ-ın vitse-prezidenti “Bu, klassik Tramp razılaşmasıdır” deyir
Bugün, 17:15 İQTİSADİYYAT
-
Montella ilə bağlı qərar verildi - Terim gəlir?
Bugün, 17:09 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
DİM: Qabiliyyət imtahanları başlayıb
Bugün, 16:55 GÜNDƏM
-
TFF sədri yola salınır – Yeni namizədin adı açıqlandı
Bugün, 16:42 İDMAN
-
Sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib
Bugün, 16:33 KRİMİNAL
-
Azərbaycan və Türkmənistan arasında yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (Yenilənib)
Bugün, 16:18 GÜNDƏM
-
İcra başçısı sektor müdirinə töhmət verdi - İylənmiş ətə görə
Bugün, 16:04 GÜNDƏM
-
AQTA bir qəpiklik yumurtalar barədə məlumat yaydı
Bugün, 15:38 İQTİSADİYYAT
-
Hüseyn Quliyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi - Sərəncam
Bugün, 15:31 GÜNDƏM
-
Özgür Özəlin 106 deputatla quracağı partiyanın adı bəll oldu
Bugün, 15:20 SİYASƏT
-
Mərdəkanda dənizdə 4 nəfər boğulub
Bugün, 15:19 CƏMİYYƏT
-
Rezidenturaya qəbul imtahanı: nəticələr açıqlanıb
Bugün, 15:07 GÜNDƏM
-
İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR (YENİLƏNİB)
Bugün, 15:03 GÜNDƏM
-
Daha bir bələdiyyə sədri CHP-dən istefa verdi
Bugün, 14:49 SİYASƏT
-
Meksikanın keçmiş meri DÇ-2026-da elə pozalar verdi ki… - FOTOLAR
Bugün, 14:48 İDMAN
-
BMT-də 340 QHT-nin statusu dayandırıldı - ŞOK SİYAHI
Bugün, 14:01 SİYASƏT
-
ETN-də BİR-BİRİNİ TƏKRARLAYAN QURUMLAR: birləşdiriləcək, yoxsa…?
Bugün, 14:01 GÜNDƏM
-
Trampın dediyi oldu - Baş nazir istefa verdi (FOTO)
Bugün, 13:53 DÜNYA
-
Türkmənistan Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
Bugün, 13:24 GÜNDƏM
-
Azərbaycan və Ermənistan şirkətləri arasında yeni müqavilə imzalandı
Bugün, 13:10 İQTİSADİYYAT
-
Biləsuvarda aqrar sahədə yeni Dövlət Proqramı ilə bağlı regional müşavirə keçirilib - Nələr müzakirə olunub?
Bugün, 13:04 İQTİSADİYYAT
-
Cəbrayıla daha 89 nəfər köçürülüb
Bugün, 12:45 GÜNDƏM