Hamlet İsaxanlı Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü seçilib
CƏMİYYƏT
18.10.2021, 20:22
Professor Hamlet İsaxanlı (İsayev) Gürcüstan Respublikası Elmlər Akademiyasının həqiqi (xarici) üzvü seçilib.
Mia.az xəbər verir ki, bu barədə “Xəzər” Universitetindən verilən məlumatda bildirilir.
Qeyd edilir ki, Hamlet İsaxanlı Gürsüstanda, Qardabani rayonunun Kosalı kəndində anadan olmuş, həmin məktəbi qızıl medalla, Azərbaycan Dövlət universitetinin mexanika -riyaziyyat fakültəsini fərqlənmə diploma ilə bitirib.
Azərbaycan Elmlər Akademiyası Mexanika-riyaziyyat institutunun və Lomonosov Moskva Dövlət universitetinin aspiranturasında oxuyub, Sovet İttifaqı Elmlər Akademiyasının Steklov institutunda dissertasiya müdafiə edib elmlər doktoru dərəcəsinə layiq görülüb.
Hələ Sovet dövründə Kanada, Almaniya Federativ Respublikası, Böyük Britaniya kimi ölkələrə dəvət olunub, Operatorların Spektral Nəzəriyyəsi və Çoxparametrli Spektral Operatorlar üzrə mühazirələr oxumuş, beynəlxalq konfranslarda iştirak edib.
Rus-Sovet riyaziyyat məktəbini təmsil edən “Luzin ağacı”nın (Древо Лузина) “Qelfand budağı”nda Azərbaycandan tək riyaziyyatçısı – Hamlet İsayevin adı həkk olunub.
Hamlet İsaxanlı 1990-1991-ci illərdə Azərbaycanın ilk özəl ali məktəbini- Xəzər Universitetini təsis etmiş və qurub, Xəzər Universiteti nəzdində Dünya məktəb kompleksinin həmtəsisçisi olub, ABŞ, Türkiyə və Azərbaycanlı beş görkəmli elm və sənət adamı ilə birlikdə Avrasiya Akademiyasını yaradıb.
Hamlet İsaxanlı çox geniş yaradıcı fəaliyyəti ilə tanınmışdır. Onun yaradıcılığında humanitar və social elmlər üzrə tədqiqatlar böyük yer tutur.
Riyaziyyat və Riyazi fizikaya aid əsərləri Hamlet İsayev, digər sahələrdə əsərləri isə Hamlet İsaxanlı imzası ilə yazılıb.
O, elm və mədəniyyət tarixi, dil və ədəbiyyat, leksikoqrafiya və tərcümə, fəlsəfə tarixi və tarix fəlsəfəsi, təhsil tarixi və fəlsəfəsi üzrə çoxsaylı məqalə və kitabların müəllifidir.
Hamlet İsaxanlı bədii yaradıcılıq sahəsində şair, yazıçı və libretto müəllifi kimi geniş tanınmış, Azərbaycan və Rusiya bəstəkarları onun əsərləri üzrə popuylar mahnılar, balet və musiqili tamaşalar yazıb.
London Wiley nəşriyyatında işıq üzü görən “The Polymath” kitabında (Waqas Ahmed) Hamlet Isaxanlı dünya polimatları (çox sahədə yaradıcı fəaliyyət göstərən ensiklopedik bilik sahibləri) sırasında yer alıb.
Hamlet İsaxanlı əsərlərini rusca, ingiliscə, azərbaycan və Türkiyə türkcəsində yazmış, məqalə və kitabları müxtəlif dillərə tərcümə olunmuş, müxtəlif ölkələrdə dərc olunub.
Gürcüstan Elmlər Akademiyası Hamlet İsaxanlı yaradıcılığını öyrənmiş, onun üç sahə – riyaziyyat, elm-mədəniyyət tarixi və dil-ədəbiyyat üzrə böyük uğurlara imza atdığını yəqin edib, Hamlet İsaxanlının özü ilə məsləhətləşmə nəticəsində onu riyaziyyat üzrə akademiyanın həqiqi (xarici) üzvü seçib.
Akademiyanın prezidenti Qiorqi Kvesitadze Hamlet İsaxanlını Akademik adı alması, Musxelişvili, Vekua kimi şöhrətli Gürcüstan riyaziyyatçılarının təmsil olunduğu Gürcüstan Elmlər Akademiyasına seçilməsi münasibətilə təbrik edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ceyhun Bayramov yeni səfirlə müzakirə aparıb - XİN-dən açıqlama
Bugün, 12:59 SİYASƏT
-
Laçında Beynəlxalq Film Festivalı: kimlər mükafatlandırldı? - FOTOLAR
Bugün, 12:54 MƏDƏNİYYƏT
-
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” - “İrşad Electronics”lə bağlı şok iddialar
Bugün, 12:43 CƏMİYYƏT
-
Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi - Qanaxmadan öldü
Bugün, 12:32 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:21 CƏMİYYƏT
-
Universitetlərə qeydiyyat başlayır
Bugün, 12:07 GÜNDƏM
-
QƏBULLA BAĞLI STATİSTİK MƏLUMATLAR... - DİM sadaladı
Bugün, 11:59 GÜNDƏM
-
Aparıcı Nigar Fərhad saxlanıldı
Bugün, 11:48 PRESS
-
"Rabitəbank"ın səhmdarları arasında dəyişiklik olub - SİYAHI
Bugün, 11:39 İQTİSADİYYAT
-
"Yeraltı"nın aktrisası bu dəfə görüntüləri ilə gündəm oldu - FOTLAR
Bugün, 11:34 ŞOU-BİZNES
-
"Fənərbağça" futbolçularına mükafat veriləcək
Bugün, 11:34 İDMAN
-
Prezident İlham Əliyev Maya Sanduya məktub göndərib - MƏTN
Bugün, 11:25 GÜNDƏM
-
Jurnalist vəzifəyə təyin olundu
Bugün, 11:19 PRESS
-
İSRAİL GECƏYLƏ İKİ ÖLKƏYƏ GİRDİ: Bölgə yenidən böyük müharibəyə sürüklənir
Bugün, 11:14 GÜNDƏM
-
Sosial şəbəkələrdə saxta elan və səhifələr... - DİN-dən daha bir xəbərdarlıq
Bugün, 10:56 CƏMİYYƏT
-
Elm və Təhsil Nazirliyi dərsliklərlə bağlı məlumat yaydı
Bugün, 10:50 CƏMİYYƏT
-
Hərracda 44 maşın satıldı: "KAMAZ" 21 min, ekskavator-yükləyici 15 100 manata...
Bugün, 10:41 İQTİSADİYYAT
-
TENDER MÜQAVİLƏLƏRİ... - Ali Məhkəmə mübahisəli vəziyyətlərlə bağlı vahid qərar qəbul etdi
Bugün, 10:06 İQTİSADİYYAT
-
Azərbaycan nefti cüzi ucuzlaşıb
Bugün, 09:44 İQTİSADİYYAT
-
Ermənistanın sabiq prezidenti barədə məhkəmə qərar verdi (YENİLƏNİB)
Bugün, 09:31 GÜNDƏM
-
Serdal Adalı: "TFF bu adamı vəzifəsindən uzaqlaşdıra bilmir!"
Bugün, 09:17 İDMAN
-
"Mançester Siti" Əyyub Buaddini transfer edib
Bugün, 09:06 İDMAN
-
"Bloomberg"dən dünyanı tədirgin salan iddia: "Rusiyanın taktiki nüvə silahlarından istifadə edəcək"
Bugün, 00:54 GÜNDƏM
-
Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra tarix yazdı
Bugün, 00:54 İDMAN
-
Berlində İkinci Dünya Müharibəsi dövrünə aid 100 kq-lıq bomba tapılıb
Bugün, 00:20 DÜNYA
-
"Qalatasaray"dan TFF-yə - Sərt etiraz
Bugün, 00:20 İDMAN
-
Nepalda qəfil sel: ölənlərin sayı 160-a çatıb: 500-dən çox insandan hələ də xəbər yoxdur - Çin lideri əmr verdi
Bugün, 00:06 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Dünyanın üç milyarderi dənizdə bir araya gəldi - Sirli görüşün görüntü yayıldı (FOTO)
Bugün, 00:01 İQTİSADİYYAT
-
MİQ-in növbəti vakansiya seçiminə start verilir
26.08.2026, 22:51 CƏMİYYƏT
-
Haluk Leventin "İnstaqram" hesabı bloklandı
26.08.2026, 22:19 PRESS
-
Mənsur Yavaş siyasi qərarını verdi: "O, bizə dedi ki..."
26.08.2026, 21:18 SİYASƏT
-
Kılıçdaroğlu daha 50 nəfəri partiyadan xaric etdi
26.08.2026, 20:46 DÜNYA
-
Azərbaycanda zəlzələ olub
26.08.2026, 19:26 GÜNDƏM