Tağı Kərimli:”Sərdar Cəlaloğlu Keçəl Həmzənin soyundandır”

img

14-11-2013 [13:42]


 "Mən hesab edirəm ki, Azərbaycanın xalq qəhrəmanı Koroğlu haqqında Sərdar Cəlaloğlunun cəfəngiyat fikirlərinə ən tutarlı, sanballı cavabı folklorşünaslar verə bilər".

  Bu sözləri BayMedia-ya gənc yazar Tağı Kərimli Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu bu günlərdə "Koroğlu”dastanı haqqında bildirdiyi fikirlərə münasibət bildirərkən qeyd etdi. "Ancaq bir vətəndaş olaraq mən də öz münasibətimi bildirmək istərdim. Gündəmdə qalmaq üçün Sərdar bəy deyəsən yaxşı taktika tapıb. İllərdir özünü xərcləyə-xərcləyə gələn bir adamın belə taktikası suda boğulanın saman çöpündən tutması kimi bir şeydir. Seçkilərdəki məğlubiyyətinin acısını deyəsən, Azərbaycan xalqının hissiyyatına toxunmaqla çıxmaq istəyir. Sərdar Cəlaloğu o şəxsdir ki, seçki debatlarında birdəfə də olsun qardaşının hüquqlarının pozulması ilə bağlı bir kəlmə də olsun fikir söyləmədi. Belə adamların çıxıb qeyrətdən, namusdan dəm vurması gülüncdür. Görünür, Sərdar bəy Keçəl Həmzənin soyundan olduğu üçün bu cür fikirlərlə Azərbaycan xalqının hissiyyatı ilə oynayır. Belələri həmişə olub, gələcəkdə olacaq”,-deyə T.Kərimli söylədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR