BBC Gəncədən reportaj hazırladı: "Bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır"
13-10-2020 [14:46]
BBC telekanalı Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı reportaj yayımlayıb.
Reportajda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmanın ilk 24 saatda pozulduğu qeyd edilir. Diqqətə çatdırılır ki, Gəncə şəhərində yaşayış binasına atəş açıldıqdan sonra Azərbaycan Ermənistanın müharibə cinayəti törətdiyini bildirir.
Reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış evlərin, yaxınlarını itirmiş insanların görüntüləri təqdim edilir.
BBC-nin hadisə yerində olan müxbiri dağıntıları göstərərək “Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bu insanların yaşadığı yerlərdən görün geriyə nə qalıb”, - deyə qeyd edir.
Vurğulanır ki, bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır. Bu dağılmış binalarda, mənzillərdə insanlar yaşayırdılar. Dağıntılar arasında yataqlar, yorğan-döşək görmək mümkündür. Hücum yerli vaxtla gecə saat 2-də baş verib.
"Atəşkəs olmalı idi, lakin bu, əsl müharibənin əlamətləridir. Bəs indi nə olacaq? Atəşkəs artıq bitdimi?"
Bu suallarla Prezidentin köməkçisi Hikmət Hacıyevə müraciət etdik.
Hikmət Hacıyev dedi ki, əgər Ermənistan azərbaycanlı mülki əhaliyə hücumu davam etdirsə, Azərbaycan Ermənistanın hərbi hədəflərinə qarşı lazımi tədbirləri görmək məcburiyyətindədir: “Siz deyirsiniz ki, onlar sizə atəş açıb və sizin buna cavab vermək hüququnuz var. Bunlardan hansı olacaq? Siz atəşkəsə davam edirsiniz, yoxsa bu hücuma cavab verəcəksiniz? Hazırda biz atəşkəs rejiminə sadiq qalmışıq. Ancaq ermənilər Azərbaycanın mülki əhalisinə hücum etməyə davam eləsələr, dünyadakı bütün dövlətlər kimi, bizim də özünümüdafiə hüququmuz var".
Jurnalist raket hücumu nəticəsində dağılmış evlərdən birinin içərisindən də görüntüləri təqdim edir və dağıntılar arasındakı yorğan-döşəyi göstərərək “evin sakininin nəvələri bu yataqda yatırdılar, xoşbəxtlikdən onlar sağ qala biliblər”, - deyir", reportajda bildirilib/Report.
Si Cinpin Prezident İlham Əliyevə məktubu ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"