Nurlan Əzizbəylinin arvadından şok ittihamlar

img

13-11-2013 [12:31]


Ötən gün ANS telekanalında yayımlanan "Adam içində” verilişində qalmaqal yaşanıb. Belə ki, qonaq qismində iştirak edən müğənni Nurlan Əzizbəylinin boşanmaq üçün ərizə verdiyi həyat yoldaşı Nərmin xanım aktyor Rəhman Rəhmanovun oğlu Emini pis formada təhqir edib. 

Buna səbəb isə Emin Rəhmanovun "Adam içində" verilişində həmkarı Nurlan Əzizbəyliyə dəstək olduğunu və onun həyat yoldaşı Nərmin Əzizbəylini qınadığını bildirməsi olub: "Nurlan gözəl sənətkardır. Nərmin onun qədrini bilməlidir. Bilmədiyinə görə də, mən onu qınayıram".

Nərmin xanım isə öz növbəsində Eminin narkoman olduğunu, iki dəfə evlənib boşandığını deyib. Hələlik nikahda olduğu Nurlan Əzizbəyliyə: ”Gör sən nə gündəsən ki səni Emin qoruyur” deməsi sevilən aktyor Rəhman Rəhmanovun ailə üzvlərinə şok yaşadıb.

Aktyorun bu gün "Adam İçində” verilişinə çıxaraq Nərmin xanımla görüşəcəyi və bundan əlavə Nərmin xanımın velilişə gələrək əri ilə üz üzə oturub şok açəqlamalar verəcəyi də gözlənilir. Xatırladaq ki, onların ayrılmasına səbəb olan xanımı da Nərmin narkoman adlandırıb.

anspress


Digər xəbərlər
SON XƏBƏRLƏR