Mərkəz rəhbəri: "Ermənistanın bu təxribatı tutarlı şəkildə cavablandırılacaq"
SİYASƏT
27.09.2020, 14:50
"Məlum olduğu kimi, sentyabrın 27-si səhər saatlarında Ermənistan hərbi qüvvələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan mövqelərinə hücuma keçib. Hazırda Azərbaycan tərəfi məcburən əks tədbirlər görməkdədir. Ermənistanın bu yeni hücumu ölkənin yeni hərbi doktrinası olan “yeni ərazilər uğrunda yeni müharibə” şüarından irəli gəlir. Bunu açıq-aşkar Ermənistanın müdafiə naziri David Tanoyan da 2019-cu ilin martında Nyu-Yorkda çıxışı zamanı bəyan edib".
Mia.az verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan silahlı qüvvələrinin törətdiyi son təxribatları şərh edərkən deyib.
O bildirib ki, son 2 il ərzində Ermənistanın yeni rəhbərliyi verdiyi ilkin vədlərə baxmayaraq, mütəmadi olaraq diplomatik müstəvidə təxribatlara əl ataraq danışıqlar prosesinə son qoyub: "2019-cu il avqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan edib. Artıq həmin ilin sentyabrında tərəfimizdən ölkələrin post-danışıqlar dövrünə qədəm qoyduğu açıqlanıb. Buna sübut olaraq, qeyd edə bilərik ki, 2020-ci ilin mart-aprel aylarında Ermənistan Xarici İşlər Nazirliyi danışıqlar prosesində hər hansı sənədin olmadığını bəyan edib. Faktiki olaraq, bununla da son 13 ildə Madrid Prinsipləri üzərində aparılan danışıqlar iflasa uğrayıb. Qeyd etmək yerinə düşər ki, ilk dəfə Madrid Prinsipləri 2007-ci ildə açıqlanıb.
Beləliklə, diplomatik danışıqlar yolu Ermənistan tərəfindən dayandırılıb və məhz bu ölkənin təxribatı nəticəsində hazırda yalnız hərbi müstəvi mövcuddur. Ölkə başçısı İlham Əliyevin bu günki təxribatla bağlı xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistanın bu təxribatı Azərbaycan tərəfindən tutarlı şəkildə cavablandırılacaq".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Keçmiş icra başçısına yeni vəzifə verildi
Bugün, 10:24 SİYASƏT
-
Keçmiş “Azərsu”yun təşkilati forması yenə dəyişdi: yeni sədr kim olacaq? – Qruplaşmalar arasında savaş qızışır
Bugün, 10:18 CƏMİYYƏT
-
Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti təkmilləşdirilir
Bugün, 10:06 İQTİSADİYYAT
-
Azərbaycan nefti daha 2.5 dollar ucuzlaşdı
Bugün, 09:53 İQTİSADİYYAT
-
Tramp Netanyahuya qəzəbləndi - İsrailə qadağalar qoyulub
Bugün, 09:36 DÜNYA
-
Fuad Məmmədov vəzifəsindən ayrılıb
Bugün, 09:22 CƏMİYYƏT
-
DÇ-2026-da tarixi oyun: matç 3 saat 50 dəqiqəyə bitdi
Bugün, 09:07 İDMAN
-
DÇ-2026: Əlcəzair ilk 3 xalını qazandı
Bugün, 09:00 İDMAN
-
Tramp: "İranın başqa yolu yoxdur"
Bugün, 00:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:04 CƏMİYYƏT
-
DÇ-2026: Messi yenə atdı, Argentina qazandı
22.06.2026, 22:59 İDMAN
-
Kəmaləddin Heydərov ərəb milyarderlə Qəbələdə - VİDEO
22.06.2026, 22:43 CƏMİYYƏT
-
İstanbulda qaçırılan vəzifəli şəxs: "300 kq qızıl istəyirdilər..."
22.06.2026, 20:40 KRİMİNAL
-
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
22.06.2026, 20:37 GÜNDƏM
-
Dolan Bakı, daşan problemlər... - Nə etmək olar?
22.06.2026, 20:34 CƏMİYYƏT
-
İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTOLAR
22.06.2026, 19:23 GÜNDƏM
-
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
22.06.2026, 19:03 SİYASƏT
-
"Qalatasaray” onu istəyir
22.06.2026, 18:35 İDMAN
-
QHT layihələrinin maliyyələşmə mexanizmi dəyişdi - "Bir pəncərə" prinsipi yaradıldı
22.06.2026, 18:27 GÜNDƏM
-
“O, mənə lazımdır” – Mourinyo
22.06.2026, 18:26 İDMAN
-
Fond sədri: "Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər"
22.06.2026, 18:05 GÜNDƏM
-
Sabiq icra başçısından AQTA-ya ittiham: "Bu möhür üçün kimyəvi məhluldan..."
22.06.2026, 17:54 İQTİSADİYYAT
-
Bakıda su verilişi qrafikə keçdi - Saatlar açıqlandı
22.06.2026, 17:29 CƏMİYYƏT
-
İranın bloklanan pulunun yerinə Amerika qarğıdalı, paxla və buğda verəcək - ABŞ-ın vitse-prezidenti “Bu, klassik Tramp razılaşmasıdır” deyir
22.06.2026, 17:15 İQTİSADİYYAT
-
Montella ilə bağlı qərar verildi - Terim gəlir?
22.06.2026, 17:09 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
22.06.2026, 17:00 İQTİSADİYYAT
-
DİM: Qabiliyyət imtahanları başlayıb
22.06.2026, 16:55 GÜNDƏM
-
TFF sədri yola salınır – Yeni namizədin adı açıqlandı
22.06.2026, 16:42 İDMAN
-
Sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib
22.06.2026, 16:33 KRİMİNAL
-
Azərbaycan və Türkmənistan arasında yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (Yenilənib)
22.06.2026, 16:18 GÜNDƏM
-
İcra başçısı sektor müdirinə töhmət verdi - İylənmiş ətə görə
22.06.2026, 16:04 GÜNDƏM
-
AQTA bir qəpiklik yumurtalar barədə məlumat yaydı
22.06.2026, 15:38 İQTİSADİYYAT
-
Hüseyn Quliyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi - Sərəncam
22.06.2026, 15:31 GÜNDƏM
-
Özgür Özəlin 106 deputatla quracağı partiyanın adı bəll oldu
22.06.2026, 15:20 SİYASƏT