Zakir Həsənov polkovnikə vəzifə verdi - MN-də mətbuat katibi dəyişikliyi oldu + FOTO

Zakir Həsənov polkovnikə vəzifə verdi - MN-də mətbuat katibi dəyişikliyi oldu + FOTO

PRESS

26.09.2020, 17:48

Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, Müdafiə naziri Zakir Həsənovun əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub.

Məlumatda o da bildiriilib ki, Mətbuat xidmətinin fəaliyyətinə, o cümlədən KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR