Dünyada koronavirus sürətlə artır
26-09-2020 [17:09]
Pandemiyanın başlanğıcından bəri dünyada 994 313 nəfər koronavirusdan ölüb. Bu isə o deməkdir ki, virusa yoluxanların 4 %-i dünyasını dəyişib.
“Worldometers” xəbər verir ki, ötən gün 5 818 nəfər pandemiyanın qurbanı olub.
İndiyədək 32 803 482 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların böyük hissəsi – 24 199 670 nəfəri sağalsa da, virusun yayılması səngiməyib. Hazırda dünyada aktiv xəstələrin sayı 7,6 milyonu ötüb.
Dünyada indiyədək ən çox yoluxma faktı sentyabrın 18-də qeydə alınıb – 322 648 yoluxma. Ən çox ölüm halı isə 5 ay öncə – aprelin 17-də baş verib – 8 513 ölüm.
Koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilən 63 939 pasiyentin vəziyyəti kritikdir.
Hazırda koronavirusun ən geniş yayıldığı ölkələr ABŞ (7 245 723), Hindistan (5 908 748) və Braziliyadır (4 692 579). Bu üç ölkə COVID-19-dan ölüm hallarına görə də liderdirlər. Belə ki, ABŞ-da 208 483, Braziliyada 140 709, Hindistanda isə 93 440 ölümcül virusun qurbanı olub.
Azərbaycanla həmsərhəd ölkələrdə isə ən çox yoluxma halı Rusiyada, ölüm faktı isə İranda qeydə alınıb. Rusiyada indiyədək 1 143 571 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 20 225 nəfər vəfat edib, 940 150 nəfər isə sağalıb. İranda pandemiyanın başlanğıcından bəri 443 086 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 25 394 nəfər ölüb, 372 051 nəfər isə sağalıb.
Qonşu Türkiyə, Ermənistan, xüsusilə Gürcüstanda virusun yayılması yenidən sürətlənib. Belə ki, iyulda Türkiyədə yoluxma faktlarının sayında əhəmiyyətli dərəcədə azalma baş versə də, sentyabrda gündəlik yoluxma halları 1 500-dən aşağı düşməyib. Bundan başqa, ölkədə virusdan ölənlərin sayı da kəskin artıb. Gündəlik 15-20 arası ölümün qeydə alındığı iyuldan fərqli olaraq sentyabrda bir gündə vəfat edənlərin sayı 45-74 arasında dəyişib. Türkiyədə indiyədək ümumilikdə 311 455 yoluxma faktı qeydə alınıb. Onlardan 7 858 nəfər ölüb, 273 282 nəfər isə sağalıb.
Ermənistanda koronavirusa yoluxanların sayı 49 000-i ötüb. Son sutkada bu ölkədə 429 yeni yoluxma faktı qeydə alınıb. Sonuncu dəfə virusun belə sürətlə yayılması 2 ay öncə müşahidə olunub. Ermənistanda indiyədək 948 nəfər koronavirusdan ölüb, 43 576 nəfər isə sağalıb. Hazırda ölkədə 4 253 aktiv koronavirus xəstəsi var.
Koronavirusun tüğyan etdiyi dönəmdə dünya ölkələri üçün müsbət nümunəyə çevrilən Gürcüstanda COVID-19-la bağlı vəziyyət getdikcə gərginləşir. Maraqlıdır ki, bu ölkədə hələ avqustun sonunadək ümumi qeydə alınmış yoluxma hallarının sayı 1 500-ü keçmədiyi halda sentyabrda bu rəqəm 3 dəfədən çox artaraq 4 960-a yüksəlib. Gürcüstanda indiyədək 27 nəfər pandemiyanın qurbanı olub. Onların 8-i son 1 həftədə ölüb. Son sutkada Gürcüstanda yoluxanların sayı daha 296 artıb. Eyni dövr ərzində 60 pasiyent sağalıb.
Azərbaycanda isə son həftələrdə yeni yoluxanların sayında gözəçarpan azalma olmasa da, aktiv xəstələrin sayı getdikcə azalır. Belə ki, indiyədək ölkədə 39 895 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan 37 523 nəfər sağalsa da, 585 nəfər vəfat edib. Gündəlik yoluxma hallarının sayı son 50 gündə 200-ü ötməyib. Qeyd edək ki, Azərbaycanda gündəlik rekord yoluxma sayı iyunun 24-də qeydə alınıb – 590. Ölkədə ən çox ölüm halı isə ondan 1 ay sonra - iyulun 21-də qeydə alınıb – 13 ölüm. Hazırda Azərbaycanda 1 812 aktiv koronavirus xəstəsi mövcuddur/Report.
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı