"24 yaşlı "Yeni Müsavat"ı alver predmetinə çevirmərik" - Rauf Arifoğlu

img

08-11-2013 [13:40]


Hakimiyyətin "Yeni Müsavat" ,"Azadlıq" və "Bizim Yol" qəzetlərinin çap formatının dayandırılması ilə bağlı adları çəkilən qəzetlərə təklif verməsi ilə bağlı yayılan xəbərlərə ilk açıqlama gəlib. 

Avropa.info-ya açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu yayılan məlumatın yanlış olduğunu deyib:

"Çünki on gündür, mən Tağı Əhmədovdan, Əli Həsənovdan, Əli Əsədovdan, Ramil Usubovdan, Ramiz Mehdiyevdən, ölkə prezidenti İlham Əliyevdən görüş istəmişəm, ala bilməmişəm. Bütün bunlar" Yeni Müsavat"ı xilas etmək naminə göstərdiyim cəhdlərdir. İndi məlum olur ki, sizdə bizə edilən təkliflər haqda təfsilatlı "məlumat" varmış. Əsassız xəbərdi, yalanlayıram. Həm də heç xoşa gələn deyil. 24 yaşlı "Yeni Müsavat"ı hər hansı bir alver predmetinə çevirmərik. "Yeni Müsavat"ın dayanmaması üçün bütün kollektiv dirəşib, həmkarlarımızdan da dəstək gözləyirik."  

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA