AMEA-nın saytının Baş redaktoru işdən çıxdı - Nərgiz Qəhrəmanovaya yeni vəzifə verildi

img

23-09-2020 [12:23]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının (http://science.gov.az/) Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.

Məlumata görə, N.Qəhrəmanova yeni işə başlaması ilə əlaqədar olaraq qeyd olunan vəzifələrindən öz ərizəsi ilə çıxıb.

Belə ki, o, AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Qəhrəmanova 11 ildir science.az-da çalışırdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA