Gürcüstanın Daxili İşlər Nazirliyinin 13 əməkdaşına koronavirus diaqnozu qoyulub

Gürcüstanın Daxili İşlər Nazirliyinin 13 əməkdaşına koronavirus diaqnozu qoyulub

DÜNYA

21.09.2020, 14:33

Son sutkada Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) 13 əməkdaşına koronavirus diaqnozu qoyulub.

Bu barədə DİN-dən bildirilib.

Həmin şəxslər qurumun müxtəlif struktur bölmələrində çalışırlar.

Yoluxma hallarının 10-u Acarıstanda qeydə alınıb.

Hüquq mühafizə orqanlarının əməkdaşları müvafiq müalicə alırlar. Vəziyyətləri sabit kimi qiymətləndirilir.

Qeyd edək ki, son günlərdə qonşu ölkədə 11 polis əməkdaşının COVID-19-a yoluxduğu müəyyən edilib/Report. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR