Deputat: “Elə etməliyik ki, muzeylər, mədəniyyət abidələri gəlir gətirsin”

img

17-09-2020 [16:33]


“Bizdə mədəniyyət sahəsi ən az gəlir gətirən sahələrdən biridir”.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında deputat Nizami Cəfərov deyib.             

“Elə etməliyik ki, muzeylər, mədəniyyət abidələri gəlir gətirsin. Bununla bağlı təcrübəmiz var. Ən xırda detalları ilə bu gün bizim mədəniyyət abidələrimiz qorunmalıdır. İncəsənət əsərini bazara mütəxəssis çıxarmalıdır. Biz hələ ki ancaq müğənnilərdən vergi tələb edə bilirik. İncəsənətin digər daşıyıcılarından vergi tələb edə bilmirik və ortaya müxtəlif problemlər çıxır”, - deyə deputat qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA