"Atletiko" və "Barselona" qalib gəldi, "Borussiya" uduzdu - Çempionlar Liqası

img

07-11-2013 [09:40]


Bu gün Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.

E qrupunun lideri "Çelsi" öz meydanında Almaniyanın "Şalke" klubunu qəbul edib və 3:0 hesablı qələbə qazanıb. Qrupun digər oyununda "Styaua" (Rumıniya) "Bazel"in (İsveçrə) qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb. 

Günün maraqlı qarşılaşmalarından biri F qrupunda baş tutub. Burada Dortmund "Borussiya"sı "Arsenal"ı qəbul edib. Görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qrupun digər oyununda "Napoli" "Marsel" klubu ilə üz-üzə gəlib və 3:2 hesabı ilə qalib gəlib.

G qrupunda "Atletiko" (Madrid) "Avstriya"nı (Avstriya) qəbul edib və rəqibini darmadağın edib - 4:0. Bununla da Madrid klubu "Bavariya" və "Mançester Siti"dən sonra 1/8 finala vəsiqə qazanan üçüncü komanda olub. Qrupun digər oyununda "Porto" (Portuqaliya) "Zenit"in (Rusiya) qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə bitib.

IV turun ən maraqlı qarşılaşması isə H qrupunda olub. Burada "Barselona" doğma meydanda "Milan"ı sınağa çəkib və 3:1 hesablı qələbəyə sevinib. Qrupun digər oyununda "Seltik" səfərdə "Ayaks"la qarşılaşıb və minimal hesabla uduzub.

Çempionlar Liqasının qrup mərhələsi, IV tur:

E qrupu

23:45. "Çelsi" (İngiltərə) - "Şalke" (Almaniya) - 3:0
Qollar:
 Eto'О, 31 (1:0), 54 (2:0), Ba, 83 (3:0)

23:45. "Bazel" (İsveçrə) - "Styaua" (Rumıniya) - 1:1 
Qollar:
 Piovakari, 17 (0:1), Sio, 90+1 (1:1)

E qrupu
   OQHMT-FXal
1 Çelsi430111/ 29
2 Şalke42024 / 66
3 Bazel41214 / 45
4 Styaua40222 / 92


F qrupu

23:45. "Napoli" (İtaliya) - "Marsel" (Fransa) - 3:2 
Qollar:
 Ayev, 10 (0:1), İnler, 22 (1:1), İquain, 24 (2:1), Zauvin, 64 (2:2), İquain, 75 (3:2) 

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Arsenal" (İngiltərə) - 0:1 
Qol:
 Remsi, 62 (0:1)

  F qrupu
   OQНMT-FXal
1 Аrsenal43016 / 39
2 Napoli43017 / 69
3 Borussiya (Dortmund)42026 / 46
4 Мarsel40044 / 100

G qrupu

21:00. "Zenit" (Rusiya) - "Porto" (Portuqaliya) - 1:1
Qollar:
 Qonzales, 23 (0:1), Halk, 28 (1:1)

23:45. "Atletiko" (Madrid) - "Avstriya" (Avstriya) - 4:0 
Qollar:
 Miranda, 11 (1:0), Qarsia, 25 (2:0), Luis, 45 (3:0), Dieqo Kosta, 82 (4:0)

G qrupu
   OQHMT-FXal
1 Atletiko (Madrid)440012 / 212
2 Zenit41213 / 45
3 Porto41123 / 44
4 Avstriya40130 / 81


H qrupu

23:45. "Ayaks" (Hollandiya) - "Seltik" (Şotlandiya) - 1:0 
Qol:
 Şon, 51 (1:0)

23:45. "Barselona" (İspaniya) - "Milan" (İtaliya) - 3:1
Qollar:
 Messi, 30-pen. (1:0), Busgets, 40 (2:0), Pike, 45-avtoqol (2:1), Messi, 83 (3:1)

 H qrupu
   OQНMT-FXal
1 Barselona43109 / 210
2 Milan41215 / 55
3 Аyaks41123 / 74
4 Seltik41032 / 53

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA