TÜRKİYƏ YUNANISTAN VƏ AVROPAYA YENİDƏN MEYDAN OXUDU - Şərqi Aralıq dənizində növbəti NAVTEX elan olundu

img

15-09-2020 [19:57]


Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında gərginlik davam edir.

Mia.az xəbər verir ki, bu gün az əvvəl Türkiyə Şərqi Aralıq dənizində qaz axtarışı aparan "Yavuz" gəmisinə görə növbəti NAVTEX elan edib.

Məlumata görə. NAVTEX oktyabrın 12-dək davam edəcək.

Xatırladaq ki, bu gün NATO-nun vasitəçiliyi ilə Türkiyə və Yunanıstan hərbi heyəti görüşüb. Lakin görüş nəticəsiz bitib. Tərəflər yalnız növbəti görüş üçün razılaşıblar.

Bundan dərhal sonra Avropa İttifaqı Türkiyəni sanksiya ilə hədələyən bəyanat verib.

Belə ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsilik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində çıxışında deyib ki, Türkiyə ilə əlaqələr tarixin dönüş nöqtəsindədir: "Önümüzdəki günlərdə baş verəcək hadisələrə uyğun olaraq bu əlaqələr bir və ya digər tərəfə doğru dəyişəcək".

Onu da qeyd edək ki, iki gün əvvəl Türkiyə Şərqi Aralıq dənizində qaz axtaran digər gəmisini - "Oruc rəisi" təmir adıyla geri çəkmişdi. Ankara bu addımından yunanların nəticə çıxarıb, bunun ön şərtsiz danışıq üçün fürsət yaratdığını bəyan eləmişdi.

Bu gün isə Türkiyənin növbəti NAVTEX elanı göstərir ki, tərəflərin uzlaşması hələlik mümkünsüz görünür.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR