Səbinə Əliyeva ABŞ-ın Azərbaycandakı səfiri ilə bir arada: tərəflər nələri müzakirə ediblər? - FOTOLAR
15-09-2020 [20:09]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Amerika Birləşmiş Ştatlarının (ABŞ-ın) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergeri qəbul edib.
Ombudsman Aparatından Mia.az-a verilən məlumata görə, Səbinə Əliyeva qonağa təsisatın fəaliyyəti haqqında geniş məlumat verib.
O bildirib ki, COVID-19 pandemiyası ilə bağlı Ombudsman təsisatında insanların canlı qəbulu dayandırılsa da, müraciətlərin qaynar xətlər, sosial şəbəkələr və elektron formada qəbulu davam etdirilib. Pandemiya dövründə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə mütəmadi olaraq monitorinqlər keçirildiyi, saxlanılan şəxslərin hüquqlarının təmininin Müvəkkilin diqqət mərkəzində olduğu vurğulanıb.
Görüş zamanı Müvəkkil hər bir şəxsin müraciətinə heç bir ayrı-seçkiliyə yol verilmədən, həssaslıqla yanaşıldığını bildirib. Qonağın əfv məsələləri ilə bağlı sualına cavabında Ombudsman cari ilin aprel ayında ölkə Prezidentinin müvafiq sərəncamı ilə yaşı 65-dən yuxarı 176 məhkumun cəzasının çəkilməmiş hissəsindən azad edildiyini, o cümlədən 10 məhkumun Ombudsmanın müraciəti nəzərə alınmaqla azadlığa buraxıldığını qeyd edib.
Ombudsman Ermənistan tərəfindən girovluqda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının kobudcasına pozulması, onlara qarşı işgəncə və ləyaqəti alçaldan rəftar barədə aidiyyəti beynəlxalq qurumlara dəfələrlə xüsusi müraciətlər ünvanlanmasına baxmayaraq problemin həll edilməməsi məsələsinə toxunub. O, beynəlxalq ictimaiyyətin bu məsələyə qısa zamanda lazımi hüquqi qiymət verəcəyinə, ABŞ-ın da əsir və girov düşmüş soydaşlarımızın qaytarılmasında müvafiq dəstək verəcəyinə ümidvar olduğunu bildirib.
Müvəkkil Ermənistanın pandemiya dövründə də atəşkəs rejimini mütəmadi olaraq pozmaqla Azərbaycana qarşı təxribat xarakterli hücumlar törədərək regionda sülhün bərqərar olmasına ciddi maneə yaratdığını qeyd edib. O, bu il iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətindəki mövqelərini ələ keçirmək məqsədilə Ermənistanın törətdiyi qəfil hücum barədə danışıb. Ombudsman həmin müddətdə hərbi təxribatların baş verdiyi ərazilərdə faktaraşdırıcı missiya həyata keçirdiyini, toplanmış materiallar əsasında aralıq hesabatın hazırlanaraq aidiyyatı beynəlxalq qurumlara ünvanlandığını diqqətə çatdırıb. Səbinə Əliyeva bu təxribatçı hücumlar zamanı Ermənistan tərəfinin mülki şəxsləri və obyektləri hədəfə almaqla beynəlxalq humanitar hüquq normalarını ciddi şəkildə pozduğunu qeyd edib. Müvəkkil ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Ermənistanın təxribatlarına adekvat reaksiya verməsinə ümid etdiyini bildirib.
ABŞ səfiri Ombudsmana səmimi qəbula görə təşəkkürünü bildirib. Səfir ölkələrimiz arasında iqtisadi, sosial, enerji, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdiyini qeyd edib. O, Ombudsmanın insan hüquqlarının səmərəli müdafiəsi sahəsində çox önəmli bir vəzifə olduğunu vurğulayıb. Həmçinin insan hüquqları sahəsində bilik və təcrübələrin artırılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub