CƏBHƏDƏ DAHA BİR DÜŞMƏN TƏXRİBATI: Azərbaycan hərbçisi yaralandı - MN açıqladı

CƏBHƏDƏ DAHA BİR DÜŞMƏN TƏXRİBATI: Azərbaycan hərbçisi yaralandı - MN açıqladı

GÜNDƏM

15.09.2020, 10:28

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Azərbaycan Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb:

"Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR