Lukaşenko Putinlə görüşdə: "Bu hadisələrdən bütün MDB ölkələri dərs çıxarmalıdır”

img

14-09-2020 [17:54]


“Son hadisələr göstərdi ki, Belarus Rusiyadan möhkəm tutmalı və bütün məsələlərlə bağlı əməkdaşlıq etməlidir”.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşdə bildirib.

“Belarusdakı hadisələr Həm Moskvanın, həm də Minskin keçdiyi çox ciddi dərsdir. Bu hadisələrdən bütün MDB ölkələri dərs çıxarmalıdır”, - deyə Lukaşenko vurğulayıb.

Rusiya və Belarus sərhədləri yaxınlığında NATO-nun hərbi aktivliyindən danışan Lukaşenko onu da qeyd edib ki, Rusiya və Belarus qarşıdakı illər üçün birgə hərbi təlimlər planlaşdırmalıdır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR