Hacıqabul sakinini bıçaqlayan saxlanıldı

img

02-09-2020 [13:08]


Avqustun 30-da saat 15 radələrində Hacıqabul rayon sakini Cavad Ataşovun bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hacıqabul Rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Abuzər Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Cavad Ataşovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Abuzər Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA