SİFARİŞÇİ KİM OLUB? - “Lotu Quli”nin qətli ilə bağlı yeni iddialar yayıldı
01-09-2020 [19:13]
Avqustun 19-da Türkiyənin Antalya şəhərindəki otellərdən birində qətlə yetirilən mşhur kriminal avtoritet Nadir Səlifovun (“Lotu Quli”) qardaşı, “Namiq Bakinski” kimi tanınan Namiq Səlifovun “vor” titulundan məhrum edilməsinə dair bu günlərdə KİV-lərə ötürülən “proqon” saxtadır.
Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Prime Crime” agentliyi bildirir.
İddia edilir ki, həmin “proqon”un altında imzası olan “vor”ların nə hamısı birlikdə, nə də ayrı-ayrılıqda N.Səlifovun tituldan məhrum edilməsinə dair həbsxanalara “proqon” göndərməyiblər.

Xatırladaq ki, həmin “proqon”un altında “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov başda olmaqla bir sıra “qanuni oğruların” adları yer almışdı. Lakin virtualaz.org dəqiqləşdirmişdi ki, həmin “proqon” bir il əvvəl olub və daha sonra “qüvvəsini itirib”. Namiq Səlifovun “Lotu Quli”nin kriminal imperiyasının başına keçdiyi haqda xəbərlərdən sonra bu “sənəd” ortaya atılıb.
“Prime Crime” bildirir ki, Qulinin öldürülməsinin arxasında “Rövşən Lənkəranski”nin qardaşı, Azərbaycan gömrüyünün polkovnik rütbəli keçmiş əməkdaşı Namiqin və Moskvada fəaliyyət göstərən əmisi oğlu Zaurun (“Zayka”) dayandığı deyilir. Onlar istənilən yolla qardaşlarının qisasını alacaqlarına and içmişdilər.
Lakin Quli Rövşənin ölümünə görə heç vaxt günahı üzərinə götürməmişdi. Heç bir “qanuni oğru”, o cümlədən “Rövşən Lənkəranski”nin dostları onu bu qətlə görə birbaşa ittiham etməmişdilər. Ona görə də əgər Rövşənin öldürülməsi iki “qanuni oğru”nun toqquşmasının nəticəsidirsə indiki halda Qulinin qətli “Lənkəranski”nin qohumlarının qan qisasıdır.

"Rövşən Lənkərnski"nin qardaşı, solda
O da bildirilir ki, həmin “proqon”da adları göstərilən “vor”ların hamısının Quli ilə bu və ya digər formada münaqişəsi olub, amma Quli onlarla açıq münaqişəyə getməyib. Bununla belə Qulinin qətlinin Quram, Badri və Şakro ilə bağlı olduğu haqda versiya dərhal ortaya atılıb.
Sayt daha sonra yazır ki, Qulinin qatili Xaqan Zeynalov (“Xan Əhmədlinski”) xüsusi olaraq onun ətrafına yerləşdirilməmişdi, amma Qulinin etibarlı adamına çevriləndən sonra ələ alınıb. Onu bu işə nə vadar edib, bilinmir. Qatil Qulini öldürməklə şan-şöhrətə, yoxsa sanballı qonorara ümid edirdi, bu məlum deyil, amma görünən odur ki, cinayətdən sonra ələ keçməklə onun planları pozulub.

Sayt mənbəyə istinadən bildirir ki, sifarişçiyə aparan izləri itirmək üçün “Xan”ı onun cinayət ortağı-sürücü Amir Həmidli aradan götürməliydi. Həmidlini “Xan”a “Rövşən Lənkəranski”nin qohumları calaşdırıb, amma Antalya-Denizli yolunda onları polis saxladığına görə sürücü “Xan”ı öldürə bilməyib. Habelə deyilənə görə, Xaqan Zeynalov qətlə görə vəd olunan qonorarı almayıb. Bəzi məlumatlara görə, o, şəxsi nifrət zəminində Qulini öldürməyə razılaşıb, lakin protokolsuz söhbətlərdə qətli muzdla törətdiyini inkar etmir. Üstəlik iddia olunur ki, “Xan” daha sonra sifarişçi kimi “Kvejoyeviç” ləqəbli gürcü “qanuni oğru” Quram Çxladzenin adını çəkməlidir. “Kvejoyeviç” ötən ilin avqustunda Antalyada Quli ilə söhbət zamanı onun adamı, “Arman Dikiy” ləqəbli qazaxıstanlı “fraer” (“vor” adı almağa can atan) Arman Cumqaldiyev tərəfindən döyülmüşdü. Quli isə onu cəzalandırmaqdan imtina etmişdi.

Namiqə gəldiksə isə onu nüfuzdan salmağa yönələn saxta “proqon” kriminal aləmin liderlərinin ona qarşı iddiasının olmadığını göstərmiş olub. İndiyədək Qulinin yüksək avtoritetini qəbul edərək Namiq onun kölgəsində qalmağa məhkum idi. O, hələ 16 yaşında Quliyə atəş açan şəxsə tapançanın darağını boşaltmaqla böyük qardaşının hörmətini qazanıb. Bildirilir ki, Qulinin azadlığa çıxmasında da qardaşının xidmətləri olmuşdu. Amma o, “vor” statusu alandan sonra bəzi məsələlərdə qardaşı ilə fərqli mövqe ortaya qoyub. Namiq qardaşına nisbətən kompromslərə meyllidir, amma publik şəxs deyil. İndi onun qardaşının işini davam etdirməkdən başqa yolu qalmır...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq