Bakıda qətlə yetirilən şəxs bir müddət əvvəl DİN-dən kömək istəyibmiş
01-09-2020 [14:48]
Bakı sakini, 1967-ci il təvəllüdlü Xalıq Bağırovun qətlə yetirilməsinin təfərrüatı məlum olub.
X.Bağırovun ailə üzvlərinin “Report”a verdiyi məlumata görə, hadisədən 3 ay əvvəl 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev öz həyat yoldaşını Sumqayıt şəhərində yandıraraq öldürmək istəyib.
Bildirilib ki, həmin vaxt qadın hadisə yerindən qaçıb və itkin düşüb:
“Sonra qız tapılıb ata evinə gətirildi. Biz də Ayxan Hüseynəliyevin əməlindən polisə məlumat verdik. Ayxanın atası Asif isə polisə müraciət etdiyimiz üçün bizi təhdid etməyə başladı. Həmçinin də Ayxan bizi təhdid edirdi. Onların təhdidlərindən sonra Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət etdik, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində isə mərhum Xalid Bağırov izahat verib. Ayxan Hüseynəliyevin təhdidləri barədə müraciət edən zaman DİN-dən təhlükəsizliyimizin təmin olunmasını istədik. Bir qədər sonra bizə təhlükəsizliyimizin təmin olunacağı barədə məktub gəldi. Lakin ailənin təhlükəsizliyi təmin olunmadı”.
Qeyd edilib ki, avqustun 31-i saat 10 radələrində Ayxan Hüseynəliyev Xalıq Bağırovu qətlə yetirib:
“Ayxan həmişə zəng edib, bütün ailə üzvlərimizi öldürəcəyini bildirirdi. Hadisə günü də o, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gəlib, evin yaxınlığında gözləyib. Ayxan Xalıq Bağırovun evdən çıxmasını gözləyib. Çünki onun məqsədi ailənin hamısını öldürmək olub. Xalıq Bağırovla Ayxan Hüseynəliyev qapının qarşısında üz-üzə gəlib. O, içəri girməyə çalışıb. Bu zaman Xalıq Bağırov onun qarşısını kəsib. Ayxan da onun bıçaqlamağa başlayıb. Ayxan əvvəl Xalıq Bağırovun boğazını kəsib, ümumilikdə isə 14 bıçaq zərbəsi vurub. Qonşunun hadisə yerinə gəldiyini görən Ayxan hadisə yerindən qaçıb”.
Xatırladaq ki, rəsmi məlumata əsasən, hadisə avqustun 31-i saat 10 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. A.Hüseynəliyev qayınatası X.Bağırovu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.Hüseynəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq