Şəki sakinindən tüfəng götürüldü

img

28-08-2020 [10:46]


Şəki sakinindən qanunsuz olaraq ov tüfəngi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Fərhad Şahməmmədova məxsus fərdi yaşayış evinin həyətindən 1 ədəd müvafiq sənədləri olmayan “Toz-8” markalı ov tüfəngi aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR