01-11-2013 [20:01]
Bu gün Beynəlxlq Mətbuat Mərkəzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi (AHTTSA) və Türkiyə Sağlamlıq Turizmini Gelişdirme Konseyinin birgə təşkilatçılığı əsasında iki ölkə arasında sağlamlıq turizminin imkanlarını daha da geniş auditoriyayada tanıdılması, eləcə də geniş fəaliyyət istiqamətinə start verilməsi məqsədilə konfrans öz işinə başlayıb. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Milli Marşının səsləndirilməsi ilə açıq edan edilib. Tədbirdə çıxış edən yeni yaradılmış Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev sözü Mədəniyyət və Turizm Nazirliyinin Daxili Turizmin İnkişafı şöbəsinin müdiri Mahir Qəhrəmanova verib. M. Qəhrəmanov Azərbaycanın kurort potensialının böyük olduğunu, daxili turizmin inkişafında, müalicəvi turizm obyektlərinin dirçəldilməsi istiqamətində dövlət proqramına əsasən bir sıra tədbirlərin həyata keçirildiyi söyləyib. M. Qəhrəmanov qeyd edib ki, Azərbaycan təbii ehtiyatlarına, münbit şəraitinə və füsünkar təbiətinə görə turizm potensialı böyük olan ölkədir. Nazirlik səlahiyyətlisi ölkəmizdə müalicəvi kurort zonalarının olduğunu, həmin turizm obyektlərinin xarici ölkələrdə də tanınmasının zəruri olduğunu dilə gətirib. M. Qəhrəmanov bu işdə Azərbaycana dəstək olan qardaş ölkədən gələn nümayəndələrə öz minnətdarlığını bildirib. M. Qəhrəmanov qeyd edib ki, Azərbaycanda vaxtıilə məşhur olmuş müalicəvi sanatoriyalar var ki, həmin kurortların potensialından daha səmərəli istifadə üçün nazirlik tərəfindən tədbirlər davam etdirilir: "Təbii ki, həmin müalicəvi məkanların imkanlarından həm öz vətəndaşlarımız yararlanmalı, həmçinin də həmin turizm obyektləri xarici ölkələrdən turist cəlb etməlidir”. Daha sonra çıxış üçün söz Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verilib. Konfrans iştirakçılarını salamlayan V. Səfərli tədbirin keçirilməsinə dəstək verdiklərini qeyd edərək konfransın işinə uğurlar arzulayıb. Konfransda iştirak edən Afyon Kocatepe universitetinin rektoru Mustafa Solak, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşaviri Seyid Ahmed Arslan da Azərbaycanın kurort imkanlarının beynəlxalq miqyasda tanıdılması istiqamətində qarşılıqlı iş birliyinin aparılmasının zəruriliyini vurğulayıblar.
M. Solak öz çıxışında Türkiyədəki müalicəvi turizm obyektlərinin müştərilərə göstərdiyi xidmətdən söz açaraq bildirib ki, həmin şəfalı məkanlarda turistlərin qalması üçün yüksək səviyyədə hotellər xidmət göstərir.
Konfransda Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev yeni təsis etdikləri QHT-nin fəaliyyət planını da açıqlayıb. R. Quliyev bildirib ki, Azərbaycanın kurort imkanlarının tanıdılması məqsədilə həmin kurortların vahid məlumat bazası da yaradılacaq. Azərbaycanın müalicəvi kurort potensialından söz açan QHT sədri həmin turizm obyektlərinin xarici turist cəlb etmək imkanlarının genişləndirilməsi istiqamətində Türkiyə Sağlamlıq Turizmini Gelişdirme Konseyinin təcrübəsindən bəhrələnəcəklərini və bu işdə onlara göstərilən dəstəyə görə Konsey rəhbərliyinə öz minnətdarlığını bildirib: "Müalicəvi kurortlar turizmin elə sahəsidir ki, burada mövsümlə bağlı müştəri azlığı olmur. Yəni ilin bütün günlərində insanlar şəfa tapmaq üçün müalicəvi turizm obyektlərinə üz tuturlar. Ona görə də turizmin bu sahəsi daha rentabelli sayılır. Biz də çalışmalıyıq ki, Azərbaycanın müalicəvi kurortları yalnız ölkəmizin vətəndaşlarını deyil xarici turistləri də cəlb etsin. Bunun üçün yeni təsis etdiyimiz Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi olaraq fəaliyyət planımıza əsasən bir sıra tədbirlərin həyata keçirilməsini qarşımıza məqsəd qoymuşuq”.
Konfransda digər qonaqların nitqi dinlənildikdən sonra, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi ilə Türkiyə Sağlamlıq Turizmini Gelişdirme Konseyi ilə əməkdaşlıq memorondumu imzalandı. Sonda konfrans iştirakçıları birgə xatirə şəkli çəkdirdilər.
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO