"Lotu Quli"nin qatili qətldən 30 dəqiqə əvvəl çəkdiyi videonu kimlərə göndərib? - Maraqlı iddialar yayıldı
24-08-2020 [21:12]
Türkiyənin Antalya şəhərində oteldə “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovu qətlə yetirən Xaqan Zeynalov (“Xan Bakinski”) onun cinayətdən az əvvəl çəkdiyi videosunu azı dörd nəfərə göndərib.
"Azadlıq” radiosunun özbək xidməti xəbər verir ki, Türkiyə polisi Xaqan Zeynalovun mobil telefonunu müsadirə etdikdən sonra bu faktı üzə çıxarıb.
Xəbər verildiyi kimi, Xaqan Zeynalov “Lotu Quli”ni qətlə yetirməzdən təxminən 30 dəqiqə əvvəl otelin dəhlizində onun arxasınca gedərkən videosunu çəkib. Bu kadrlar qətldən bir neçə saat sonra sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən heç nədən şübhələnməyən “Lotu Quli” telefonla danışa-danışa dəhlizlə gedir, “Xan Bakinski” isə onu arxadan çəkir. Daha sonra özünü iri planda çəkir və sanki sifarişçiyə mesaj vermək istəyir ki, “Lotu Quli”nin arxasındadır və hədəfi haqlayıb.
Bildirilir ki, “Xan Bakinski”nin həmin kadrları göndərdiyi dörd şəxsin hamısı Türkiyə polisi tərəfindən dindirmə üçün saxlanılıb. Onların arasında Özbəkistandan olan “Zolotoy” ləqəbli kriminal avtoritet Ravşan Muhiddinov da var.
Ravşan Muhiddinov Beynəlxalq Boks Federasiyası AİBA-nın keçmiş prezidenti, Birləşmiş Ştatlar tərəfindən beynəlxalq narkotik ticarəti mafiyasının başçısı kimi axtarılan, “Qara Qafur” ləqəbli kriminal avtoritet Qafur Rəhimovun qohumudur.
Muhiddinovu İstanbuldakı evində avqustun 20-də gecə saat 3 radələrində saxlayıblar. Türkiyə polisi onu yeddi saat ərzində dindirib, lakin hər hansı ittiham irəli sürmədən sərbəst buraxıb.
Bu arada Rusiya KİV-ləri xəbər verib ki, qətldən sonra Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sibirdə “Lotu Quli”nin adamlarından birini saxlayıb və dindirmədən sonra heç bir ittiham irəli sürmədən buraxıb.
Mərkəzi Asiya kriminal aləmindəki mənbələr isə “Azadlıq” radiosuna deyiblər ki, hazırda Rusiyada həbsdə olan kriminal avtoritet, əvvəllər “1 nömrəli vor” statusunu daşıyan, “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov özünün həbsxana kamerasında “Lotu Quli”yə ölüm hökmü çıxarmışdı. Mənbələr deyirlər ki, N.Səlifov rəqib kriminal qruplaşmalara “mübahisəli situasiyalarda” hücum etməklə “qanuni oğruların” şərəf kodeksini pozmuşdu...
Virtualaz.org
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq