"Gürcüstan vətəndaşı olan cangüdəni qatili əlində iki tapança ilə qovub və..." - “Lotu Quli”nin qətli ilə bağlı yeni məlumatlar
23-08-2020 [23:56]
Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Antalyanın Serik rayonunda məşhur azərbaycanlı “qanuni oğru”, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun öldürüldüyü oteldə axtarış apararkən xeyli silah-sursat aşkar edib.
Türkiyə mediası xəbər verir ki, silah-sursatlar otelin restoranında və dəhlizində, “Lotu Quli”nin öldürülməsinin ardınca aparılan axtarışda tapılıb.
Xatırladaq ki, “Lotu Quli” Antalyada qərargah kimi istifadə etdiyi və dincəldiyi “Alva Donna Exclusive Hotel Spa” beşulduzlu otelinin restoranında kart oynayarkən yaxın ətrafına daxil olan “Xan Bakinski” ləqəbli Xaqan Zeynalov tərəfindən güllələnib.

Antalya polisindəki mənbələrin dediyinə görə, “Xan Bakinski” Nadir Səlifova arxadan, boynunun arxasından dörd dəfə atəş açdıqdan sonra otel dəhlizi ilə qaçaraq uzaqlaşıb. Bu zaman “Lotu Quli”nin Gürcüstan vətəndaşı olan cangüdəni, İ.D. onu əlində iki tapança ilə qovub və dalbadal atəş açıb. “Xan Bakinski” qıçından və budundan yaralansa da onu aşağıda gözləyən Əmir H. Ilə birlikdə qaça bilib. Lakin “Xan Bakinski”nin və cinayət ortağının Denizli istiqamətində getdiyini təsbit edən polis Denizli polis müdirliyi ilə təmasa keçib, cinayətkarların içərisində olduğu avtomobil Antalya-Denizli avtomobil yolunda saxlanılıb.

Hadisə yerində aparılan axtarışda 2 tapança darağı, 1 fişək, boş gilizlər, 1 ədəd tapança, oteldə aparılan araşdırmada isə Səlifovun otağının girişində 1 tapança, 15 fişək, otağındakı çantasında 15 fişək, 1 bıçaq və başqa yerdə saxlanılan daha 1 tapança tapılıb.
“Xan Bakinski”nin hadisə yerindən qaçdığı avtomobildə isə 1 tapança, 11 fişək, 1 bıçaq ələ keçirilib.
“Alva Donna Exclusive Hotel Spa” oteli əvvəllər Habil Nadiroğlu adlı azərbaycanlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb. Yerli mediada məlumat yayılıb ki, adıçəkilən şirkət daha sonra Alva Donna Group şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib. /Virtualaz.org
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq