“Lotu Quli” Bakıda dəfn olunacaq

img

20-08-2020 [10:06]


Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov Bakıda son mənzilə yola salınacaq.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, N.Səlifov Bakıxanov qəbiristanlığında (Razin) atasının məzarının yanında dəfn ediləcək.

Qeyd edək ki, N.Səlifov bu axşam Türkiyədə güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxsin "Lotu Quli"nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir.

1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub.

O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA