“Lotu Quli”nin başına 4 güllə vuruldu - Nadir Səlifovun qatili kimdir? + FOTO

img

20-08-2020 [09:08]


Azərbaycanlı “qanuni oğru”, uzun illər həbsdə yatan “Lotu Quli” ləqəbli Nadir Səlifov Antalyada qətlə yetirilib. 

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Antalyada şam etdiyi yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.

Loti Qulinin başından 4 güllə yarası aldığı bildirilir. Bəzi məlumatlara görə, o, restoranda deyil, qaldığı oteldə, yatdığı yerdə vurlub.

İlkin məlumata görə onu yaralayan şəxs də yaralanıb və hadisə yerindən qaçmağa müvəffəq olub. Ancaq Antalya-Dənizli yolunda polislər tərəfindən yaxalanıb. 

Xan Əhmədlinski

Yayılan məlumatlara görə, Lotu Qulini öldürən şəxsin  dostu, son dövrlər Nadir Səlifovun yaxın çevrəsində olan Xan Əhmədlinskidir. 

2018-ci ildə İstanbulda yaxalandıqdan sonra deport edilən Lotu Quli yenidən fərqli sənədlə Türkiyəyə qayıdaraq, orada fəaliyyətini davam etdirib. 

Nadir Səlifovun əzəli düşməni Rövşən Lənkəranskinin qətlinin ildönümündən bir gün sonra (R.Lənkəranski 18 avqust 2016-cı ildə İstanbulda qətlə yetirilib) öldürülməsi bu hadisənin Rövşənin qisası kimi anlaşılması ehtimalını da yaradır. 2000-ci illərdən Rusiyada başlayan kriminal “razborka” bu günə qədər tərəflərdən Otari Bədəlov, nardaranlı Mirseymur, Ded Xasan, sabirabadlı Hikmət, Rövşən Lənkəranskini və ən son Lotu Qulini “apardı”. 

Azərbaycanlı kriminal avtoritetlərin ölümündə Rusiya xüsusi xidmət orqanlarının barmağının olması da istisna edilmir. 

Qeyd edək ki, həbsdən çıxdıqdan sonra güclənən Nadir Səlifov azərbaycanlı kriminal çevrələrin “Xaç atası” adlandırılırdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR