"ƏRDOĞANI ÇEVRİLİŞLƏ DEYİL, SEÇKİ İLƏ DEVİRMƏLİYİK" - Trampın əsas rəqibinin bu bəyanatı Türkiyədə böyük etirazlar yaratdı
15-08-2020 [22:48]
ABŞ-ın hazırkı prezidenti Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərində əsas rəqibi olan demokratların namizədi Co Baydenin ötən ilin dekabrında Türkiyə və onun prezidenti Ərdoğan haqqında bir verilişdə işlətdiyi sözlərin bu gün mediada yayılması böyük etirazlara səbəb olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bayden həmin verilişdə "Biz Türkiyədəki müxalifləri açıq dəstəkləməliyik. Türkiyə aldığı hava müdafiə sisteminin (Rusiyadan alınan S-400-ləri nəzərdə tutur- Mia.az) necə işləməsini anlamaq üçün çevrəsində F-15-lər uçurursa, o zaman bizim bəzi silahları onlara satıb-satmayacağımızın bir bədəli olmalıdır. Bu məsələdə çox narahatam, çox. Ancaq biz birbaşa məsələyə müdaxilə edə, hələ var olan türk müxalif liderlərini Ərdoğanla üz-üzə gətirmək və ona qarşı ürəkləndirə bilərik. Onu məsələsini çevrilişlə deyil, bir seçki prosesi ilə edə bilərik...
O və partiyası İstanbul (bələdiyyə seçkilərini nəzərdə tutur - redak.) seçkisində uduzdu. Bəs biz nə edirik? Oturub, təslim oluruq, gözləyirk. Onunla (Ərdoğanla - Mia.az) bir neçə dəfə kürd problemi ilə bağlı söhbət etdim. Bu məsələdə ona təslim olacağım ən son istəyəcəyim şey olardı. Bir sözlıə, biz məsələləri konkretləşdirməliyik. Çünki Türkiyə də Rusiyaya bel bağlamaq istəmir. Onlar (Türkiyə) uzun müddət almadan bir dişlək aldılar. Ancaq indi onunla (Əroğanla) bu günə kimi davrandığımız kimi, davrana bilmərik. İndi çox narahatam, oradakı hava bazalarmız, onlara əlçatanlığımızdan narahatam. Bölgədəki mütəffiqlərimizlə bir araya gəlib, onu necə izolasiya edə biləcəyimiz müzakirə etməliyik. Xüsusilə Şərqi Aralıq dənizindəki neft məsələsi və sair çox uzun çəkəcək...", - deyib.
Baydenin "Ərdoğanı hərbi çevrilişlə deyil, seçki ilə devirməliyik", - anlamı yaradan çıxışında Türkiyədəki müxalifətə, xüsusi ilə kürd toplumuna açıq və ciddi dəstək verəcəyini bəyan etməsi, Türkiyədə çox kəskin etirazlara səbəb olub.
Türkiyəli nazir Fəxrəddin Altun sosial şəbəkədəki hesabında Türkiyənin müttəfiqi olan bir ölkənin prezidentliyə namizədinin diplomatik qaydalara tamamilə zidd çıxışının qəbuledilməz olduğunu yazıb: "Baydenin indi yayımlanan bu yersiz və uyğunsuz ifadələrinin hazırkı ABŞ rəhbərliyi üçün də qəbuledilməz olduğuna əminəm. Türkiyə siyasi oyunlara alət ediləcək bir ölkə deyil. Bu ifadələr ABŞ-Türkiyə müttəfiqliyinin ruhuna və ikili münasibətlərə qətiyyən uyğun deyil...".
Daxili İşlər Nazirinin müavini İsmayıl Çataklı isə "Bu zavallının xəritə bilgisi də, tarix bilgisi də zəif imiş. Türkiyə ilə bəzi ölkələri qarışıdırıb deyəsən. Həddini bil, Co Bayden", - deyə yazıb.
Co Baydenin Ərdoğanın hədəfə alan ifadələrinə AK Partiyanın sədr müavini Mahir Ünal da kəskin münasibət bildirib: "Türkiyənin müstəqilliyi, güclü yüksəlişini həzm edə bilməyib cürbəcür oyunlarla buna əngəl olmaya çalışanlar qarşılarında hər daim cumhurbaşkanımızı, millətimizin iradəsini görüblər. Bundan sonra da görməyə davam edəcəklər".
Ünal bildirib ki, Baydenin Türkiyənin daxili işlərinə müdaxilə edəcəyini deməsi ilə Trampın onun zəkasının test edilməli olması haqda dediklərinə haqq qazandıb.
Səadət Partiyasının lideri Temel Karamollaoğlu isə belə reaksiya verib: "Türkiyə Türkiyədən idarə olunur. Ölkəmizin siyasətini dizayn etməyə əsla izin verməyəcəyik! Problemlərimiz nə qədər böyük olursa olsun, öz daxilimizdə çözəcək bilgi və təcrübəyə sahib ölkəyik".
Keçmiş spiker Binəli Yıldırım: "Co Baydenin Ərdoğan və hökumətimizə qarşı ifadələri 15 iyul FETÖ hərbi çevriliş cəhdinin arxasında kimlərin olduğunu dəqiq ortaya qoydu. Bilinməlidir ki, xalqın gücünün üstündə bir güç yoxdur".
Co Baydenin ifadələrinə qarşı müxalifət partiyası olan İYİ funksionerləri ilə yanaşı, CHP-li prezidentliyə keçmiş namizəd Muharrem İncə və MHP düşərgəsindən də çoxsaylı etirazlar gəlib.
Bir sözlə, Baydenin bu yersiz bəyanatı Türkiyədə iqtidarlı-müxalifətli hamını bir səngərdə birləşdirib.
Hazırda Türkiyədə TRT başda olmaqla, demək olar ki, bütün telekanallarda Co Baydenin Türkiyənin daxili işlərinə müdaxilə ilə bağlı bəyanatına kəskin etirazlar başlayıb.
Mia.az
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq