Sən həmin oğlansan batma günaha...

img

30-10-2013 [12:21]




(Leylanın dilindən)

Bax mən həmin qızam dəcəl, ərköyün,
Sən həmin oğlansan, nə dəyişib ki?
Bir az saçlarına ağ çığır açıb,
Gözünün altına qırış düşüb ki.

Bir az baxışında bahar üşüyür,
Bir az xəyalların dolam-dolaşıq
Bu küçə həminki, bu yol həminki
Sən mənə 20 il əvvəlki aşiq...

Yox, aşiq deyilsən küsübsən məndən...
Gülmür gözlərinin giləsi daha...
Bax mən həmin qızam gözləri ağlar...
Sən həmin oğlansan batma günaha...

Deyirsən ürəyin qızmır, üşüyür...
Deyirsən gümanın, ümidin ölüb.
Bax o həmin qızdır dəcəl ərköyün
Qara at belində yuxuna gəlib...

Bax mən həmin qızam dəcəl, ərköyün,
Sən həmin oğlansan, nə dəyişib ki?
Bir az saçlarına ağ çığır açıb,
Gözünün altına qırış düşüb ki.

İradə KÖVRƏK (SARIYEVA)

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA