"Hakim ağır sanksiya tətbiq etdi" - "Azadlıq" qəzeti

img

30-10-2013 [11:17]


"Azadlıq” qəzeti oktyabrın 29-da məhkəmə qərarı ilə 3 min manat cərimələnib. Yasamal Rayon Məhkəməsi qərarı icra şöbəsinin şikayəti əsasında çıxarıb. 

Bir müddət əvvəl qəzet "Araz-Avia” ticarət mərkəzinin ("Binə bazarı”) rəhbəri Kəbirə Məmmədovanın iddiası ilə 32 min manat cərimələnib. Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsi bu qərarın yerinə yetirilməməyindən şikayət edib.

"Azadlıq”ın baş redaktor müavini Rahim Hacıyev deyib ki, hakimə qəzetin maddi durumunun ağır olduğu haqda ətraflı məlumat verib: "O, xəbərdarlıqla kifayətlənə biləcəyi halda ağır sanksiya tətbiq etdi. Aydın məsələdir ki, "Azadlıq” 32 min manatlıq cəriməni maddi durumunun ağırlığına görə ödəyə bilməyib və bu səbəbdən qətnamə icra olunmamış qalıb. Hətta həmin cəriməyə görə "Azadlıq”ın bank hesabına həbs qoyulub. Belə olan halda əlavə 3 min manatlıq cərimə tətbiq etməyin bir məqsədi ola bilər – qəzeti çökdürmək”.

Xəbəri "Azadlıq” qəzeti yayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA