BBC-nin aparıcısı Paşinyanı "divara dirədi": “Görünür, siz “üzr istəyirəm” deməyəcəksiniz” - VİDEO
GÜNDƏM
14.08.2020, 18:33
Ermənistanın Baş naziri Nikol Paşinyan BBC-də yayımlanan “Hard talk” verilişində aparıcı Stiven Sakurun sualları qarşısında çətin duruma düşüb.
N.Paşinyan özünün ənənəvi “sülh formulunu” təkrar edib, deyib ki, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinin mövqeyini nəzərə almalıdır.
Aparıcı isə Ermənistanın iyulun ortalarında Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribat törətməsindən, Azərbaycan mövqelərini artilleriya ilə atəşə tutmasından söz açıb.
Aparıcı “Sizin siyasətiniz sülhə nail olunmasına əsaslanmır” replikasını atıb. N.Paşinyan mövzudan yayınaraq, Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başladığını iddia edib və fikrini də əsaslandıra bilməyib.
O, mövzunu yenidən Dağlıq Qarabağ münaqişəsinə gətirib və yenə də arqumentini izah edə bilməyib.
S.Sakur isə N.Paşinyana ötən ilin avqustunda Azərbaycanın işğal altındakı torpaqlarında – Xankəndidə etdiyi çıxışı xatırladıb. Bildirək ki, N.Paşinyan həmin çıxışda “Qarabağ Ermənistandır” demişdi.
“Siz birləşməkdən danışmışdınız, aydındır ki, bu, Azərbaycana qarşı provokasiya idi”, - deyə aparıcı iradını səsləndirib.
N.Paşinyan isə mövzuya dəxli olmayan atəşkəsi hansı tərəfin pozması ilə bağlı beynəlxalq mexanizmlərdən söz açıb.
Bunun ardınca isə Dağlıq Qarabağın guya Ermənistana məxsusluğunu çox bəsit və kasad arqumentlərlə əsaslandırmağa çalışıb.
O, öz aləmində tarixə ekskurs edib və yalan məlumatlar çatdırmaq istəyib. Deyib ki, min illər əvvəl Dağlıq Qarabağda erməni əhali yaşayıb və “Artsax” adının orada qədimi olduğunu bildirib.
Aparıcı isə onun cəfəng fikirlərinə müdaxilə etmək məcburiyyətində qalıb:
“Biz sizin min illər əvvəlki tarixinizə gedə bilmərik, söhbət bugünkü reallıqdan gedir”, - deyən aparıcı BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd məlum qətnaməni xatırladıb.
Aparıcı BMT-nin Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxması barədə tələbini dilə gətirib.
“Siz isə həmin ərazilərin sizə məxsus olduğundan bəhs edirsiniz. Siz aydın şəkildə deyirsiniz ki, sülhməramlı deyilsiniz”, - deyə aparıcı söyləyib.
N.Paşinyan isə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistan silahlı qüvvələrinin deyil, erməni özünümüdafiə qüvvələrinin adı çəkilir.
“Reallıq budur ki, münaqişə başlayanda Dağlıq Qarabağın əhalisinin 90 faizi ermənilər idi. Buna görə də Azərbaycan erməniləri oradan çıxarmağa çalışdı, münaqişə də bu andan başladı”, - deyə Paşinyan siyasi və tarixi savadsızlığını nümayiş etdirib.
Aparıcı isə Dağlıq Qarabağdan Ermənistana bir neçə yolun çəkildiyini diqqətə çatdırıb, bu amilin beynəlxalq hüququn pozulması halı kimi qiymətləndirilməsini bildirib.
Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını deyən N.Paşinyanı isə aparıcı yenidən çətin duruma salıb.
Aparıcı 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla digər ərazilərdə hərbi cinayətlər törətdiyini vurğulayıb.
Aparıcı “Bir çox müstəqil müşahidəçilərin kataloqlarında bu cinayətlər barədə yazılıb. Siz bunlara görə üzr istəyəcəksiniz?” sualını verib.
Baş nazir suala cavab vermək əvəzinə, mövzunu başqa istiqamətə yönəltməyə cəhd edib, deyib ki, Ermənistan həmişə kompromisə hazırdır.
Aparıcı isə bir daha xatırladıb: “Avropa Məhkəməsinin işlərində Ermənistan ordusunun insan hüquqlarını pozması ilə bağlı məsələlər var. Siz buna görə üzr istəyəcəksiniz?”
Baş nazir konkret cavab əvəzinə Azərbaycanın guya insan hüquqlarını pozmasından danışmağa başlayıb. Aparıcı isə qəzəblə “Mən Azərbaycanla danışmıram, mən sizinlə danışıram” deyib.
Paşinyan Sumqayıt hadisələrindən söz açıb, aparıcı Paşinyanın düzgün cavab verməyəcəyini görərək deyib: “Aydındır, siz üzr istəməyəcəksiniz!”
Verilişdə aparıcı Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla müqayisədə, Ermənistanda koronavirus pandemiyasına nəzarətlə bağlı vəziyyətin bərbad olduğuna işarə edib.
N.Paşinyan isə bildirib ki, pandemiya ilə mübarizədə nəticə çıxarmaq hələ tezdir.
Müsahibədə Ermənistan-Rusiya əlaqələrinə də toxunulub, Paşinyan bildirib ki, Rusiya ölkəsinin strateji tərəfdaşıdır.
Halbuki Paşinyan hakimiyyəti bu günə qədər anti-Rusiya ritorikası göstərib, vəziyyətləri çətinləşəndə isə Moskvanı strateji müttəfiq kimi xarakterizə etməyə başlayırlar.
Ümumilikdə müsahibə əsnasında N.Paşinyan özünün siyasi savadsızlığı ilə yanaşı diplomatik bacarıqsızlığını da nümayiş etdirib.
aku TV Paşinyanın Stiven Sakurla müsahibəsinin Azərbaycan dilinə tam tərcümə olunmuş versiyasını təqdim edir:
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
Bugün, 18:16 GÜNDƏM
-
Bilgəhdə 2 nəfər dənizdə batıb
Bugün, 17:26 CƏMİYYƏT
-
Baş inspektor rəis təyin olunub
Bugün, 17:03 İQTİSADİYYAT
-
Həbsinə heç kim inanmırdı... - Adnan Əhmədzadə bir ildir həbsdədir + FOTOLAR
Bugün, 16:31 SİYASƏT
-
“Bank Respublika”nın “AccessBank”ı almasına “Paşa Bank”dan - Reaksiya
Bugün, 16:28 İQTİSADİYYAT
-
Məşhur vəkilin Azərbaycandan çıxışına "STOP" qoyulub
Bugün, 15:47 SİYASƏT
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb
Bugün, 15:24 KRİMİNAL
-
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir - SİYAHI
Bugün, 14:55 CƏMİYYƏT
-
Prezident İlham Əliyev keçmiş futbolçu haqda sərəncam imzalayıb
Bugün, 14:30 GÜNDƏM
-
Prezident onları təltif etdi - SİYAHI
Bugün, 14:04 GÜNDƏM
-
Anar Ələkbərov Milli Qəhrəmanın ailəsində qonaq olub, toyda iştirak edib - FOTOLAR
Bugün, 13:44 GÜNDƏM
-
Məşhur YAP-çı: "2026-cı ili maraqlı hadisələrlə başa vuracağıq" - "Ramiz Mehdiyev və onun havadarları YAP-ın rəhbər orqanlarından uzaqlaşdırılmalıdır"
Bugün, 13:29 SİYASƏT
-
Elçin Yusubov Rumıniya Prezidentinin müşaviri tərəfindən qəbul olunub, Alba-Yuliya şəhərinin meri ilə görüşüb - FOTOLAR
Bugün, 13:07 GÜNDƏM
-
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Bugün, 12:50 SİYASƏT
-
SOCAR-da növbəti dəyişiklik - Yeni təyinat oldu + FOTO
Bugün, 12:40 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
Bugün, 12:30 GÜNDƏM
-
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı - FOTOLAR (YENİLƏNİB)
Bugün, 12:06 MƏDƏNİYYƏT
-
Bakıda daha bir ailə faciəsi: 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi endirib
Bugün, 11:55 KRİMİNAL
-
Mədət Quliyev oğlu ilə toyda - FOTO
Bugün, 11:32 MƏDƏNİYYƏT
-
Hasil Abbasov özünə komanda formalaşdırır
Bugün, 10:21 CƏMİYYƏT
-
Azərbaycan nefti bahalaşdı
Bugün, 09:34 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18.09.2026, 21:45 MƏDƏNİYYƏT
-
Keçmiş diktor Sevda Saleh vəfat edib
18.09.2026, 21:37 PRESS
-
Paşinyan: "Mən bu mükafata eyni dərəcədə layiq olan İlham Əliyevə minnətdaram"
18.09.2026, 19:21 GÜNDƏM
-
Ərdoğanı yenidən prezident olmağa hazırlaşır - Nazir tədbirdə anons verdi
18.09.2026, 18:01 SİYASƏT
-
Azərbaycan, Özbəkistan və Türkiyə birgə hərbi təlimə başlayır
18.09.2026, 17:58 GÜNDƏM
-
İki keçmiş prokuror, iki məhkum... - Kəşfiyyatçının ölüm işinə görə bir yerdə qandallandı
18.09.2026, 17:38 KRİMİNAL
-
Rəsmi Bakıdan bəyanat: "Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir"
18.09.2026, 17:23 SİYASƏT
-
Dövlət Sosial Müdafiə Fondunda yoxlama: nöqsanlar üzə çıxdı, rəhbərlik vəd verdi
18.09.2026, 17:23 İQTİSADİYYAT
-
“Araz” supermarketlərdə innovativ yenilik: ovuc ilə ödənişlər başladı
18.09.2026, 17:16 İQTİSADİYYAT
-
RUSİYA XİN BAŞÇISINDAN ŞOK İDDİA: "Qərb bizə qarşı güclü hücuma hazırlıq görürür"
18.09.2026, 17:05 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
18.09.2026, 17:00 İQTİSADİYYAT
-
Avstraliyada çimərlikdə faciə: köpəkbalığı bir nəfəri parçaladı
18.09.2026, 16:45 DÜNYA