Həssas, kövrək, incə zövqə malik məxluq...

img

29-10-2013 [15:29]


Hər bir qadın gözəl, alicənab görünməyi arzulamaqla yanaşı, həm də diqqət mərkəzində olmağı çox sevir. Bəyənilmək, sevilmək, diqqət çəkmək, könülləri fəth etmək - bax, budur onların məqsədi.

Qadınlar həssas, kövrək, incə zövqə malik olurlar, həm də söylənilən hər bir komplimentə qarşı biganə deyillər. Eyni zamanda gözəllik həvəskarıdırlar. Onlar gözəl olmaq üçün bütün üsullara əl atırlar ki, arzularına çatsınlar. Qadının daxili və xarici gözəlliyini büruzə verən ilk növbədə onun geyimidir. Qadın baxımlı olsa, özü-özlüyündə bəyənilən, sevilən və diqqətçəkən ola bilər. Bu səbəbdən də, yaşından asılı olmayaraq, hər bir xanım özünə baxmalı, qulluq etməlidir. Necə deyərlər, gözəl olmayan qadın yoxdur, gozəlliyi görməyən gözlər var. Qadının həmişə geyimi, makiyajı, saç düzümü yerində olmalıdır. Səliqəli, gözəl, cazibədar və təravətli olmalıdır. Cazibədar, gözəl qadın həmişə əsl kişinin fəxri, başının tacıdır. Kişilər həmişə belə qadınları sevir, göz bəbəyi kimi qoruyurlar, Doğrudan da qadın böyük qüvvədir. Hələ qədim zamanlarda qadın gözəlliklər dolu bir bəşər kimi tanınıb... Mən özüm də dəbi çox sevirəm. Dəbli geyinmək mənim həyatımda böyük rol oynayır. Bu dəb olmasa lap ruhdan düşərəm. Kefim olmayanda hərdən şoppinq etməyə gedirəm. Paltarları ayaqqabıya, ayaqqabını çantaya, çantanı aksessuarlara tutuşdururam. Çünki düzgün rəng seçimi etmək olduqca bacarıq tələb edir. Zövqlə geyinməyi bacaran xanımlar bunu gözəl anlayır və bu da onlarda çox asan alınır. Mütləq deyil brend geyinmək, ən əsası səliqəli və yaraşanı geyinmək lazımdır. Hərdən bəzi xanımlar brend arxasınca qaçırlar, istəyirlər başdan-ayağa brend geyinsinlər. Amma əmin edirəm ki, onların çoxunun «brend» sözünün mənasından xəbərləri belə yoxdur. Hətta bir dəfə belə bir hadisənin şahidi oldum. Çox məhşur bir mağazada alıcı xanım paltar seçərkən satıcıdan məhşur İtaliya brendi olan «Versace»nin yerinə, «Versase» markasını soruşdu: "Xanım, bağışlayın, sizdə «Versase»dən nəsə tapa bilərəm?" Bunu deməsi, azmış kimi, hələ başladı öz iddiasını sübut etməyə. Satıcı ilə mübahisəyə girdi və heç nə bəyənmədən «narazı şəkildə» mağazanı tərk etdi. Hərdən görürsən şəhərdə xanımlar yaraşdı, yaraşmadı elə geyinirlər ki, özlərini gülüş hədəfinə çevirirlər. Adamda təəsüf hissi yaradır ki, niyə xanımlarımız indiyədək özlərinə bir üslub tapmayıblar? Baxımsız xanımlar görəndə isə, adam lap üzülür ki, budurmu özunə xanım deyən şəxs, budurmu zəif cinsin nümayəndəsi?! Demirəm ki, qadın mütləq özünə vurğun olsun, ancaq özünün dəyərini bilməlidir. Qadın yalnız evdar xanım, qabyuyan, dayə olmamalıdır. Hər mühitdə, hər vəziyyətdə o, baxımlı olmalıdır, manikürü, pedikürü, saç düzümü və səliqəli görünüşü daim onunla olmalıdır. Mən bir neçə xanım tanıyıram ki, hər zaman baxımsız, dəhşət qoxu ilə və səliqəsiz gəzirlər və belə vəziyyətdə gəlirlər işə. Saç kirli, pis iy verə-verə. Halbuki onların tam imkanları var özlərinə qulluq etsinlər, hətta ev şəraitində olsa belə. Hər dəfə onlara qarşılaşanda özümə yer tapa bilmirəm. Elə də olur ki, bəzi xanımlar ancaq öz həyat yoldaşlarına görə və ya cəmiyyət üçün bəzənirlər. Yəni məclisdən-məclisə, adi gündə isə baxımsız gəzirlər. Halbuki bütün qadınlara xanım-xatınlıq yaraşır. Qeyd etdiyim kimi, qadınlar daim diqqət mərkəzində olmağı sevir və istəkləri budur ki, qadın, yaxud kişi, fərqi yoxdur, təki hər kəs tərəfindən bəyənilsin, hər səhər işə gələndə əks cinsin nümayəndəsi tərəfindən "siz bu gün necə də gözəl görünürsünüz” tərifini eşitsin. Mənim kumirim, çox gözəl, füsünkar, eyni zamanda çox cazibədar və çəkici olan xanım italyan aktrisası Monica Belluccidir. Hazırda onun 48 yaşı var, amma gözəlliyini, kübarlığını qoruyub saxlamaqdadır. Mükəmməl və ecazkar zövgü var. O, hər zaman adamı məftun edir, ürəkləri fəth edən bir xanımdir. Mən həmişə ona bənzəməyə, onun kimi kübar, ecazkar olmağa və dəbli geyinməyə çalışacam. O əsl qadın, deyərdim ki, böyuk hərflərlə yazılan Xanımdır. Sözün əsl mənasında ona valeh oluram, çox çəkiçi gözəlliyi var. Özünə baxır və həmişə formada qalmağı bacarır. 2 övlad anası olmasına baxmayaraq, ela görünür ki, həsəd aparmaya bilmirsən... Nahaq yerə demirlər ki, dünyanı gözəllik xilas edəcək. Biz də öz növbəmizdə o gözəlliyi daha da inkişaf etməliyik. Bir də ki, gözəllik ondur, doqquzu dondu - deyiblər. Gəlin, gözəlliyimizi daim qoruyaq və gözəl qalmağa çalışaq.

Leyla Namazova


Digər xəbərlər
SON XƏBƏRLƏR